12px13px15px17px
Tarix:29/06/12

Yerli mobil operator Amerika Ticarət Palatasının təşkil etdiyi piknikin kommunikasiya tərəfdaşıdır

“Nar Mobile” Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə iyun ayının 30-da keçiriləcək ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş piknik mərasiminin kommunikasiya tərəfdaşıdır.

Tərəfdaşlıq razılaşması çərçivəsində, “Nar Mobile” tədbirin keçiriləcəyi "The Jumeirah Bilgah" mehmanxanasında tədbir üçün ayrılmış xüsusi zonanı pulsuz internetlə təmin edəcək. Mərasimdə Amerikanın Ticarət Palatasının üzvləri, işçiləri, onların ailə üzvləri, o cümlədən Azərbaycanın biznes icmasını təmsil edən bir çox şirkətlər iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanda hər il belə  tədbirlər keçirilir. Bu, ilk növbədə ölkələr arasında olan humanitar və iqtisadi əməkdaşlığın sayəsində mümkün olub. Bu cür tədbirlər ölkələr arasında isti münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın inkişafını təmin edən amillərdəndir.




Baxış sayı: 1133

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024