12px13px15px17px
Tarix:29/06/12

Əmanətləri internetlə geri almaq mümkün deyil, lakin...

Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması üçün internetlə müraciət etmək mümkün deyil. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Kapital Bankın mətbuat katibi Yadigar Cəfərli bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları sovet dövründə batmış əmanətləri almaq üçün sənədləri skan edərək internet vasitəsi ilə banka göndərmək istəyində olduqlarını bildirirlər. Bu, onlara həm vaxtlarına qənaət etməyə imkan verəcək, həm də növbəyə durmaqdan xilas edəcək.

Yadigar Cəfərli isə deyib ki, hələlik sözügedən məsələni internet vasitəsi ilə reallaşdırmaq mümkün deyil. Lakin o əlavə edib ki, bankın internet saytında batmış əmanətləri almaq üçün hazır ərizə formaları var: "Vətəndaşlar bu ərizələri çap edib doldura və Kapital Bankın istənilən şöbəsinə təqdim edə bilərlər. Bir sözlə, əmanəti almaq üçün mütləq banka getmək lazımdır".




SEYMUR




Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024