12px13px15px17px
Tarix:13/07/11

İspan yaradıcıları yeni tip mobil şəbəkə yaradır

Onların konsepsiyasına əsasən, smartfon sahibi olan hər bir iştirakçı ətrafdakılarla yalnız istehlak deyil, həm də xidmət təklif edilməsi əsasında əlaqədə olurlar.“MUGGES” sisteminin əsasını peyk vasitəsilə istifadəçinin olduğu yerin təyini təşkil edir. İndi sistem GPS əsasında işləyəcək, gələcəkdə “Tecnalia” tədqiqat şirkəti və “Telefonica telekommunikasiya” xidmətləri təchizatçısının mütəxəssisləri “GALILEO” Avropa peyk naviqasiya sisteminə istiqamətləniblər.
”Foursquare” kimi sosial şəbəkələrdən fərqli olaraq istifadəçi dostlarına yerləşdiyi yeri yalnız informasiya və ünsiyyət üçün deyil, həm də praktik nöqteyi-nəzərdən bildirir. Məsələn, “MUGGES” istifadəçisi hərəkət marşrutu ilə bölüşmək və ya kimi isə izləmək (əgər azıbsa) imkanına malikdir.
Yaradıcılar indiki mobil qurğuların sahibkar fəaliyyətində kömək etməyə tamamilə yararlı olduğunu güman edirlər. Yaxın gələcəkdə portativ qurğular yalnız xidmətləri deyil, həm də məzmunu çatdıraraq, hətta serverlər kimi işləyə biləcəklər.



Baxış sayı: 1215

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024