12px13px15px17px
Tarix:29/06/12

“Gmail” və “Chrome”-un istifadəçilərinin sayı açıqlanıb

“Gmail” poçt xidmətindən 425 milyon insan istifadə edir. Bu barədə “Google” korporasiyası “I/O” konfransının ikinci günü  məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin yanvarında “Gmail” poçt xidmətinin auditoriyası 350 milyon təşkil edirdi və o vaxtdan bəri istifadəçilərin sayı 75 milyon artıb. “Gmail” xidməti hazırda ABŞ-ın  45 ştatında yerləşən dövlət idarələri tərəfindən istifadə olunur.
“Google Chrome” brauzerinin auditoriyası 310 milyon aktiv istifadəçidən ibarətdir.

Korporasiyanın nümayəndəsi Sandar Piçay qeyd edib ki, “Chrome” hazırda dünyada ən populyar brauzerdir.
“Stat Counter” analitik şirkətinin məlumatına görə, “Chrome” brauzeri 2012-ci ilin mayında populyarlığa görə “İnternet Explorer”-i ötüb və reytinqdə birinci yerdə qərarlaşıb.

Məlumat üçün bildirək ki, “Gmail” (ilk əvvəl “Google Mail” adlanırdı) poçt xidməti 2004-cü ilin aprelində istifadəyə verilib, əsas rəqibləri “Microsoft” korporasiyasına məxsus “Hotmail” və “Yahoo! Mail” xidmətləridir.
 
EMİL




Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024