Tarix:29/06/12
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qonaqlarla keçirilən görüşdə təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil sistemi haqqında geniş məlumat verib. M.Mərdanov Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu sahə üzrə həyata keçirilən irimiqyaslı layihələr, aparılan islahatlar barədə danışıb.
Nazir ölkə prezidentinin təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi qeyd edib və dövlət başçısının neft kapitalının ölkədə insan potensialının inkişafına yönəldilməsi strategiyasının yerinə yetirilməsi üzrə atılan addımlardan bəhs edib. M.Mərdanov ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin prioritet sahə olduğunu vurğulayıb.
Son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində mühüm işlər görüldüyünü nəzərə çatdıran təhsil naziri müəllimlərin müvafiq texnologiyalardan istifadəsi üzrə treninqlər keçirildiyindən bəhs edib.
Daha sonra Misir Mərdanov Təhsil Nazirliyinin YUNİSEF və YUNESKO ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə reallaşdırılan tədbirlərdən danışıb. Nazir təhsil sahəsinin inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti haqqında məlumat verib.
İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi Liviyada və digər ərəb ölkələrində təhsilin vəziyyətindən söz açıb.
YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust İsveçrənin orta məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vəziyyəti, bu sahədə əldə olunan uğurlar barədə nazirə məlumat verib. Qonaq, həmçinin İsveçrənin müvafiq istiqamətdəki təcrübəsindən danışıb, birgə əməkdaşlığın yaradılması üzrə təkliflərlə çıxış edib.Görüşdə tərəflər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həqiqət İSABALAYEVA
YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri Azərbaycanla birgə əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib
YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust və İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi Təhsil Nazirliyində olublar."ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, qonaqlarla keçirilən görüşdə təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil sistemi haqqında geniş məlumat verib. M.Mərdanov Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu sahə üzrə həyata keçirilən irimiqyaslı layihələr, aparılan islahatlar barədə danışıb.
Nazir ölkə prezidentinin təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi qeyd edib və dövlət başçısının neft kapitalının ölkədə insan potensialının inkişafına yönəldilməsi strategiyasının yerinə yetirilməsi üzrə atılan addımlardan bəhs edib. M.Mərdanov ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin prioritet sahə olduğunu vurğulayıb.
Son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində mühüm işlər görüldüyünü nəzərə çatdıran təhsil naziri müəllimlərin müvafiq texnologiyalardan istifadəsi üzrə treninqlər keçirildiyindən bəhs edib.
Daha sonra Misir Mərdanov Təhsil Nazirliyinin YUNİSEF və YUNESKO ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə reallaşdırılan tədbirlərdən danışıb. Nazir təhsil sahəsinin inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti haqqında məlumat verib.
İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi Liviyada və digər ərəb ölkələrində təhsilin vəziyyətindən söz açıb.
YUNESKO-nun İnformasiya kommunikasiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust İsveçrənin orta məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vəziyyəti, bu sahədə əldə olunan uğurlar barədə nazirə məlumat verib. Qonaq, həmçinin İsveçrənin müvafiq istiqamətdəki təcrübəsindən danışıb, birgə əməkdaşlığın yaradılması üzrə təkliflərlə çıxış edib.Görüşdə tərəflər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1476
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır