12px13px15px17px
Tarix:29/06/12

“Apple”-ın aparat təminatı üzrə vitse-prezidenti şirkəti tərk edir

“Apple” şirkətinin aparat təminatı üzrə vitse-prezidenti Bob Mensfild istefa verib. Bu barədə “Apple”-ın  mətbuat xidməti bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Apple” şirkətində 13 il işləmiş Mensfild şirkətinin son bir neçə il ərzində istifadəyə verilmiş bestsellerlərinin əksəriyyətinin (“iPod” musiqi pleyerləri, “iPhone” smartfonları, “iPad” planşetləri, “MacBook Air” noutbukları daxil olmaqla) aparat təminatının hazırlanmasına rəhbərlik edib.

Mensfildin vəzifəsini “Apple”-ın “iPad” planşet kompyuterinin aparat təminatı üzrə vitse-prezidenti Den Riççio icra etməyə başlayacaq.

"Bob uzun illər bir çox inqilabi məhsullar ixtira etmiş komandaya rəhbərlik edib. Biz onun gedişindən çox kədərlənmişik və ümid edirik, o öz istefasından sonrakı hər azad gündən həzz ala biləcək" – şirkətin baş direktoru Tim Kuk bildirib.
Məlumat üçün bildirək ki, Mensfild 2012-ci ildə şirkəti tərk edən “Apple”-ın ikinci top-meneceridir.
 
EMİL




Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024