Tarix:02/07/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
“Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsinin yaranması zərurətindən danışan komitə sədrinin sözlərinə görə, son əlli-altmış il ərzində kartoqrafiya və coğrafiya texnoloji yeniliklərə cavab olaraq əhəmiyyətli dəyişikliklərə məruz qalıb: “Ötən əsrin əllinci illəri coğrafiyanın ədədi üsullara keçidinin şahidi olub. Ardından altmışıncı illərdə kompyuterlərin və modelləşdirmənin tətbiqinə başlandı. Yetmişinci illərdə kartoqrafiyada kompyuter texnologiyalarının tətbiqi kompyuterlərin tətbiqi ilə avtomatlaşdırılmış kartoqrafiyanın meydana gəlməsinə gətirib çıxardı.
Bu zaman təxminən 1975-ci ildən etibarən kompyuter kartoqrafiya və coğrafiyasına topoloji riyaziyyatın metodları tətbiq olunmağa başladı”. Bu isə öz növbəsində coğrafi informasiya sistemlərinin (CİS) meydana gəlməsinə səbəb oldu: “1985-95-ci illərdə bir çox sahələrdə CİS-texnologiyaların yaranmasını, tətbiqini və qəbul olunmasını müşahidə etmək olardı.
1995-ci ildən 2000-ci ilə qədər olan müddət ərzində məkana bağlılığı olan istehsal verilənlər bazaları, həmçinin internetdə cografi informasiyadan geniş istifadə tez bir zamanda mövqe əsaslı yeni texnologiyanı informasiya texnologiyalarının tərkib hissəsi kimi təsdiqlədi”.
Coğrafi standartlaşdırma sahəsində modernləşdirmə erası 1980-ci ildən 1990-cı ilə qədər olan onilliyi əhatə etdi. Beynəlxalq miqyasda kartoqrafiya və coğrafiya sahəsində standartlaşdırma üzrə ilk cəhdlər çox çətin və yavaş həyata keçirilirdi.
Milli və beynəlxalq təşkilatlar əsasən kompyuter sistemləri arasında coğrafi informasiyanın mübadiləsinə dair standartların yaradılması ilə məşğul olurdular: “Artıq 1995-ci il üçün məkan məlumatlarına dair beynəlxalq standartlar hazırlayan “ISO/TC 211” kompyuter interfeyslərinin spesifikasiyası ilə məşğul olan Açıq CİS Konsorsiumu (Open GİS Concortium, OGC) coğrafiya sahəsində nəzərəçarpan oyunçulara çevrildilər.
Bir qədər sonra “ISO/TC 211” və “OGC” müştərək fəaliyyətə dəstək və təkrarlanmanın aradan qaldırılması məqsədilə birgə koordinasiya qrupu yaratdılar. Həmçinin, Avropa Birliyinin “CEN/TC287” coğrafi informasiya üzrə Texniki Komitəni (ISO/TC 211 ilə qarşılıqlı əlaqələr Vyana razılaşmasına əsasən qurulur) də xüsusilə qeyd etmək lazımdır”.
Sədr qeyd edib ki, Texniki Komitəyə hal-hazırda 20-dən artıq dövlət qurumu, özəl şirkətlər, elm və təhsil müəssisələri daxildir. TK-nın alt komitələrindən biri olan (məsul təşkilat – Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) coğrafi informasiya (etalon model, metaverilənlər), coğrafi informasiyanın keyfiyyətinin qiymətləndirilməsi metodları, coğrafi informasiya xidmətləri, internetdə vizualizasiya üçün xüsusi təsvir dillərinin təqdim olunması, coğrafi informasiya məhsullarına verilən tələblər, interaktiv xəritələrin tərtibi, digəri (məsul təşkilat – Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) müxtəlif kadastrların (torpaq, meşə, daşınmaz əmlak, şəhər) qarşılıqlı əlaqələri, kadastr məlumatlarının identifikasiyası, kadastr məlumatlarına sadə müraciət sxemləri, coğrafi informasiya (müşahidə və ölçü), coğrafi identifikatorlara görə məkanda bağlanma, personalın kvalifikasiyası və sertifikasiyası ilə məşğul olacaq.
Başqa bir alt komitə isə (məsul təşkilat – Bakı Kartoqrafiya Fabriki) müxtəlif miqyaslı və təyinatlı xəritələrin şərti işarələri, məkan məlumatları və təsvirlər, geomövqeləndirmə üçün təsvirlərin sensor modelləri, marşrutların təyini və naviqasiya xəritələrinin təhlükəsizliyini həyata keçirəcək.
TK-nın inkişaf perspektivlərinə də toxunan sədrin sözlərinə görə, məkan informasiyası bazarı (SIM) məxsusi məkan əlavələrinin hazırlanmasından daha çox geoməkan dəstəkli biznes-əlavələrə yönəlib: “Məkan məlumatları texnologiyaları biznes-sistemlərə indi daha rahat inteqrasiya olunur.
Bunun ən maraqlı nəticələrindən biri ondan ibarətdir ki, biznes nümayəndələri ənənəvi SIM-vendorların köməyinə müraciət etmədən məkan məlumatlarını dəstəkləyən vasitələri daxil edə bilirlər. Biznes-yönümlü sistemlərdə məkan funksiyaları digər biznes-funksiyalara nisbətən ikincidirlər. Aparıcı vendorlar, məsələn, “Oracle”, “Microsoft”, “IBM” standartlar əsasında SIM-əlavələrin yaradılmasının yeni alətlərini təklif edirlər.
Beləliklə, əlavə hazırlayanların güclü toplumunun mövcudluğu başlıca faktor kimi önə çıxır. İnternet şəbəkələrinin əldə olunmuş mövcud səviyyəsinin nəticəsi olaraq geoməkan dəstək vasitələri ənənəvi proqram paketləri ilə yanaşı, həmçinin xidmətlər kimi də təqdim oluna bilərlər və s. Bütün bunlara çox ciddi diqqət ayrılmalıdır”.
Amma mövcud çətinliklər da az deyil: “Azərbaycanda bu gün mövcud olan Geoinformatika bazarının xarakterik xüsusiyyətlərindən biri kimi rəqəmli məkan məlumatları bazarının informasiya təminatının zəif olmasını göstərmək olar.
Məkan məlumatlarının təklifi, qiyməti, keyfiyyəti və əlçatanlığı haqqında məlumatları təqdim edən resurslar yox dərəcəsindədir. Bu vəziyyəti yalnız Milli Məkan Məlumatları İnfrastrukturu haqqında Konsepsiyanın qəbulu dəyişdirə bilər”.
Həqiqət İSABALAYEVA
Qərib Məmmədov: “Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması gündəmdə duran başlıca məsələlərdəndir”
Avropa Birliyinə inteqrasiya kursu götürmüş Azərbaycanın öz Milli Məkan Məlumatları İnfrastrukturunu yaratması gündəmdə duran başlıca məsələlərdən biridir. Torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq və digər kadastrlar, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
“Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsinin yaranması zərurətindən danışan komitə sədrinin sözlərinə görə, son əlli-altmış il ərzində kartoqrafiya və coğrafiya texnoloji yeniliklərə cavab olaraq əhəmiyyətli dəyişikliklərə məruz qalıb: “Ötən əsrin əllinci illəri coğrafiyanın ədədi üsullara keçidinin şahidi olub. Ardından altmışıncı illərdə kompyuterlərin və modelləşdirmənin tətbiqinə başlandı. Yetmişinci illərdə kartoqrafiyada kompyuter texnologiyalarının tətbiqi kompyuterlərin tətbiqi ilə avtomatlaşdırılmış kartoqrafiyanın meydana gəlməsinə gətirib çıxardı.
Bu zaman təxminən 1975-ci ildən etibarən kompyuter kartoqrafiya və coğrafiyasına topoloji riyaziyyatın metodları tətbiq olunmağa başladı”. Bu isə öz növbəsində coğrafi informasiya sistemlərinin (CİS) meydana gəlməsinə səbəb oldu: “1985-95-ci illərdə bir çox sahələrdə CİS-texnologiyaların yaranmasını, tətbiqini və qəbul olunmasını müşahidə etmək olardı.
1995-ci ildən 2000-ci ilə qədər olan müddət ərzində məkana bağlılığı olan istehsal verilənlər bazaları, həmçinin internetdə cografi informasiyadan geniş istifadə tez bir zamanda mövqe əsaslı yeni texnologiyanı informasiya texnologiyalarının tərkib hissəsi kimi təsdiqlədi”.
Coğrafi standartlaşdırma sahəsində modernləşdirmə erası 1980-ci ildən 1990-cı ilə qədər olan onilliyi əhatə etdi. Beynəlxalq miqyasda kartoqrafiya və coğrafiya sahəsində standartlaşdırma üzrə ilk cəhdlər çox çətin və yavaş həyata keçirilirdi.
Milli və beynəlxalq təşkilatlar əsasən kompyuter sistemləri arasında coğrafi informasiyanın mübadiləsinə dair standartların yaradılması ilə məşğul olurdular: “Artıq 1995-ci il üçün məkan məlumatlarına dair beynəlxalq standartlar hazırlayan “ISO/TC 211” kompyuter interfeyslərinin spesifikasiyası ilə məşğul olan Açıq CİS Konsorsiumu (Open GİS Concortium, OGC) coğrafiya sahəsində nəzərəçarpan oyunçulara çevrildilər.
Bir qədər sonra “ISO/TC 211” və “OGC” müştərək fəaliyyətə dəstək və təkrarlanmanın aradan qaldırılması məqsədilə birgə koordinasiya qrupu yaratdılar. Həmçinin, Avropa Birliyinin “CEN/TC287” coğrafi informasiya üzrə Texniki Komitəni (ISO/TC 211 ilə qarşılıqlı əlaqələr Vyana razılaşmasına əsasən qurulur) də xüsusilə qeyd etmək lazımdır”.
Sədr qeyd edib ki, Texniki Komitəyə hal-hazırda 20-dən artıq dövlət qurumu, özəl şirkətlər, elm və təhsil müəssisələri daxildir. TK-nın alt komitələrindən biri olan (məsul təşkilat – Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) coğrafi informasiya (etalon model, metaverilənlər), coğrafi informasiyanın keyfiyyətinin qiymətləndirilməsi metodları, coğrafi informasiya xidmətləri, internetdə vizualizasiya üçün xüsusi təsvir dillərinin təqdim olunması, coğrafi informasiya məhsullarına verilən tələblər, interaktiv xəritələrin tərtibi, digəri (məsul təşkilat – Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi) müxtəlif kadastrların (torpaq, meşə, daşınmaz əmlak, şəhər) qarşılıqlı əlaqələri, kadastr məlumatlarının identifikasiyası, kadastr məlumatlarına sadə müraciət sxemləri, coğrafi informasiya (müşahidə və ölçü), coğrafi identifikatorlara görə məkanda bağlanma, personalın kvalifikasiyası və sertifikasiyası ilə məşğul olacaq.
Başqa bir alt komitə isə (məsul təşkilat – Bakı Kartoqrafiya Fabriki) müxtəlif miqyaslı və təyinatlı xəritələrin şərti işarələri, məkan məlumatları və təsvirlər, geomövqeləndirmə üçün təsvirlərin sensor modelləri, marşrutların təyini və naviqasiya xəritələrinin təhlükəsizliyini həyata keçirəcək.
TK-nın inkişaf perspektivlərinə də toxunan sədrin sözlərinə görə, məkan informasiyası bazarı (SIM) məxsusi məkan əlavələrinin hazırlanmasından daha çox geoməkan dəstəkli biznes-əlavələrə yönəlib: “Məkan məlumatları texnologiyaları biznes-sistemlərə indi daha rahat inteqrasiya olunur.
Bunun ən maraqlı nəticələrindən biri ondan ibarətdir ki, biznes nümayəndələri ənənəvi SIM-vendorların köməyinə müraciət etmədən məkan məlumatlarını dəstəkləyən vasitələri daxil edə bilirlər. Biznes-yönümlü sistemlərdə məkan funksiyaları digər biznes-funksiyalara nisbətən ikincidirlər. Aparıcı vendorlar, məsələn, “Oracle”, “Microsoft”, “IBM” standartlar əsasında SIM-əlavələrin yaradılmasının yeni alətlərini təklif edirlər.
Beləliklə, əlavə hazırlayanların güclü toplumunun mövcudluğu başlıca faktor kimi önə çıxır. İnternet şəbəkələrinin əldə olunmuş mövcud səviyyəsinin nəticəsi olaraq geoməkan dəstək vasitələri ənənəvi proqram paketləri ilə yanaşı, həmçinin xidmətlər kimi də təqdim oluna bilərlər və s. Bütün bunlara çox ciddi diqqət ayrılmalıdır”.
Amma mövcud çətinliklər da az deyil: “Azərbaycanda bu gün mövcud olan Geoinformatika bazarının xarakterik xüsusiyyətlərindən biri kimi rəqəmli məkan məlumatları bazarının informasiya təminatının zəif olmasını göstərmək olar.
Məkan məlumatlarının təklifi, qiyməti, keyfiyyəti və əlçatanlığı haqqında məlumatları təqdim edən resurslar yox dərəcəsindədir. Bu vəziyyəti yalnız Milli Məkan Məlumatları İnfrastrukturu haqqında Konsepsiyanın qəbulu dəyişdirə bilər”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1352
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır