Tarix:02/07/12
Onların açıqladığı rəqəmlərə görə, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “YouTube”, “Google.az” , “Google.com” və “Mail.Ru” yer alır. İlk 50-yə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. Digər 8 saytdan üçü əyləncə portalı, ikisi alqı-satqı saytı, ikisi xidmət saytı, digəri isə mobil operatorlardan birinin rəsmi saytıdır.
Məlumat üçün bildirək ki, xəbər resurslarının reytinqində yer alan saytlardan ikisi rusdillidir : “Day.az” və “1news.az”. Biri isə qəzet saytıdır. Xəbər agentliklərindən yalnız ikisi bu siyahıya düşüb: “Apa.az” və “Trend.az”.
Onu da bildirək ki, “Alexa” saytların reytinqini tərtib edərkən, yalnız izləyici sayını deyil, digər nüfuzlu saytların ona istinadını, məlumatlarını paylaşmasını və s. bu kimi amilləri də nəzərə alır. Elə məhz bu səbəbdəndir ki, ölkənin yüzlərlə saytından yalnız çox az qismi sözügedən reytinq cədvəlinə salınıb.
SEYMUR
Azərbaycan saytlarının reytinqi açıqlanıb
Dünyanın tanınmış “Alexa.com” reytinq saytı Azərbaycandan izlənilən ən populyar saytların adını açıqlayıb. “ICTnews.az” elektron xəbər xidməti məlumat verib ki, reytinq saytı ilk 50-də daha çox əcnəbi portalların yer aldığını bildirir.Onların açıqladığı rəqəmlərə görə, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “YouTube”, “Google.az” , “Google.com” və “Mail.Ru” yer alır. İlk 50-yə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. Digər 8 saytdan üçü əyləncə portalı, ikisi alqı-satqı saytı, ikisi xidmət saytı, digəri isə mobil operatorlardan birinin rəsmi saytıdır.
Məlumat üçün bildirək ki, xəbər resurslarının reytinqində yer alan saytlardan ikisi rusdillidir : “Day.az” və “1news.az”. Biri isə qəzet saytıdır. Xəbər agentliklərindən yalnız ikisi bu siyahıya düşüb: “Apa.az” və “Trend.az”.
Onu da bildirək ki, “Alexa” saytların reytinqini tərtib edərkən, yalnız izləyici sayını deyil, digər nüfuzlu saytların ona istinadını, məlumatlarını paylaşmasını və s. bu kimi amilləri də nəzərə alır. Elə məhz bu səbəbdəndir ki, ölkənin yüzlərlə saytından yalnız çox az qismi sözügedən reytinq cədvəlinə salınıb.
SEYMUR
Baxış sayı: 5327
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib