12px13px15px17px
Tarix:03/07/12

“Microsoft” son 20 ildə bu vəziyyətə düşməyib

ABŞ-ın “Microsoft” korporasiyası cari maliyyə ilinin IV rübünün mənfəətindən 6,2 mlrd. silməyə hazırlaşır.
İnternet sektoruna uğursuz investisiyalar ona gətirib çıxarıb ki, şirkət son 20 ildə ilk dəfə olaraq rübü zərərlə başa vuracaq.

Analitiklərin fikrincə, cari maliyyə ilinin son üç ayında “Microsoft”un mənfəəti 5,3 mlrd. dollar təşkil edəcək. Şirkət rüblük hesabatını iyulun 19-da açıqlayacaq.

Qeyd edək ki, əsası 1975-ci ildə qoyulan “Microsoft Corp.” şirkəti proqram təminatı istehsalı, persona kompyuter və serverlər üçün internet texnologiyalarının işlənməsi üzrə ixtisaslaşıb. “Microsoft”un məhsulları, o cümlədən dünyada məşhur olan “Windows” əməliyyat sistemi dünyanın 80-dən artıq ölkəsində satılır, 45-dən artıq dilə tərcümə olunub.




Baxış sayı: 1438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024