Tarix:03/07/12
29 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim təşkil edilmişdir. Mərasim zamanı “Nar Mobile” “Elektron təhsil” müsabiqəsinin telekommunikasiya tərəfdaşı kimi iştirak edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qaliblərini qiymətli hədiyyələrlə təbrik etmişdir. Qeyd etmək lazımdır ki, bu il keçirilən "Elektron təhsil" müsabiqəsi “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd, elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxartmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
“Nar Mobile” “Elektron təhsil” müsabiqəsinin kommunikasiya tərəfdaşı oldu
“Nar Mobile” təhsil, peşə inkişafı və sosial məsuliyyət strategiyasına uyğun olaraq hər il bır sıra layihələrə imza atır. Hər il olduğu kimi, bu il də “Nar Mobile” Təhsil Nazirliyi ilə birlikdə təhsil sahəsinin inkişafına yönələn layihələrə dəstək olub. Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron təhsil” müsabiqəsi də belə layihələrdən biridir.29 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim təşkil edilmişdir. Mərasim zamanı “Nar Mobile” “Elektron təhsil” müsabiqəsinin telekommunikasiya tərəfdaşı kimi iştirak edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qaliblərini qiymətli hədiyyələrlə təbrik etmişdir. Qeyd etmək lazımdır ki, bu il keçirilən "Elektron təhsil" müsabiqəsi “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd, elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxartmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Baxış sayı: 1336
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır