12px13px15px17px
Tarix:05/07/12

Stenford Universitetinin azərbaycanlı tədqiqatçısı İnformasiya Texnologiyaları İnstitutunda elmi məruzə ilə çıxış edib

Stenford Universitetinin tədqiqatçısı, riyaziyyat üzrə fəlsəfə doktoru Raif Rüstəmov AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Həndəsi verilənlər üzərində çoxmiqyaslı nüvələrin yaradılması” mövzusunda məruzə ilə çıxış edib.
 
R.Rüstəmov öz çıxışında nöqtə buludları, çəki verilmiş qraflar, üçölçülü səth formasında verilən həndəsi məlumatlar üzərində çoxmiqyaslı nüvələrin yaradılmasının ümumi prinsipləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, alınan nüvələr statistik seçimə, küyə, natamamlığa dözümlü və hesabi cəhətdən sürətlidir. Sonda isə tədqiqatçı yeni əldə olunmuş nüvələrin interpolyasiya-reqresiya məsələlərində tətbiqi nümunələrini təqdim edib.
 
AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev məruzəçinin Amerikadakı elmi fəaliyyətini və məruzəsini yüksək qiymətləndirib, gələcəkdə birgə əməkdaşlıq əlaqələrində maraqlı olduğunu bildirib.




Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024