12px13px15px17px
Tarix:05/07/12

Google Galaxy Nexus-un məhkəmə qadağasını proqram təminatını yeniləməklə aradan qaldıracaq

Google şirkəti Apple-a məxsus patent hüququnun pozulması ilə bağlı ittihamı aradan qaldırmaq məqsədilə Galaxy Nexus smartfonu üçün proqram təminatının yenilənmiş variantını buraxacaq.

Proqram təminatının yenilənməsi aparat ekranında yerləşən sürətli axtarış panelinə aid olacaq. İstifadəçilər bundan sonra onun köməyi ilə smartfondakı məlumatların axtarışını edə bilməyəcəklər. Bunun əvəzində isə yalnız internetdəki nəticələri tapmaq mümkün olacaq.

Yenilənmədə Galaxy Nexus istehsalçısı – Koreyanın Samsung şirkəti iştirak edəcək. Mümkün qədər tez işıq üzü görəcəyi bildirilən proqramın yenilənmiş variantı ABŞ-dakı bütün aparat sahiblərinə göndəriləcək.

Hazırda Birləşmiş Ştatlar ərazisində Galaxy Nexus-un satışları qadağan edilib. Koreya istehsalçısı iyulun 3-də qadağa ilə bağlı məhkəmə iddiası qaldırmağa çalışıb, lakin cəhdi uğursuzluqla nəticələnib.
Galaxy Nexus Apple şirkətinin dörd patentinin pozulmasında şübhəli bilinsə də, qurğunun satışının qadağasına dair qərar axtarış texnologiyası ilə əlaqədar yalnız bir patent əsasında çıxarılıb.

Google və Samsung-un ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə (United States Patent and Trademark Office -USPTO) smartfonun qadağasına səbəb olan patentin qeyri-qanuni elan edilməsi üçün müraciət edəcəyi istisna edilmir. Bu xahişin nəyə əsaslanması barədə məlumat verilmir. 
  
Qeyd edək ki, 2011-ci ilin payızında təqdim edilən Galaxy Nexus smartfonu Android 4.0 əməliyyat sisteminin bazası əsasında işləyən ilk aparatdır. Bununla yanaşı, qurğu hazırda Android-in ən müasir versiyası Jelly Bean-in quraşdırılması mümkün olan ilk smartfon olacaq.

Galaxy Nexus Google və Samsung şirkətlərinin əməkdaşlığının birgə məhsuludur. Samsung şirkəti Apple korporasiyası ilə 1 ildən artıqdır dünyanın bir neçə məhkəməsində patent hüququna dair mübahisə aparır. 




Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024