Tarix:05/07/12
Toshiba və bir sıra digər şirkətlər Birləşmiş Ştatlar ərazisinə tədarük edilən maye-kristal displeylər üçün əvvəlcədən müəyyən edilmiş qiymətlərin saxlanılmasında şübhəli bilinib. Məhkəmə işinin materiallarına əsasən, formalaşdırılmış beynəlxalq iş birliyi ədalətli rəqabətə mane olaraq istehlakçıları məhsulları süni şəkildə qaldırılmış qiymətə almağa məcbur edib, Kompulenta yazır.
Məhkəmə qərarına əsasən, Toshiba 87 milyon dollar cərimə edilib. Bu məbləğin böyük hissəsi – 70 milyon dollar hazır məhsul alan son istifadəçilərin ziyanının ödənilməsinə hesablanıb. Daha 17 milyon dollar maye-kristal panelləri sövdələşmə iştirakçılarından yuxarı qiymətə alan kənar istehsalçıların ziyanını ödəyəcək.
Lakin Toshiba özünü təqsirli bilməyərək ədalətsiz biznes üsullardan istifadə etmədiyini təkidlə qeyd edir. Bununla yanaşı əlavə etmək lazımdır ki, yapon korporasiyası çox güman cəriməni ödəməli olmayacaq, çünki sövdələşmənin digər iştirakçıları - Sharp, Samsung və LG şirkətləri artıq məhkəmənin müəyyən etdiyi məbləği ödəməyə hazır olduqlarını bildiriblər.
Toshiba ABŞ-da 87 milyon dollar cərimə olunub
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko Məhkəməsi Toshiba korporasiyasını digər maye-kristal panel istehsalçıları ilə əlbir olaraq cinayət işləməkdə təqsirli bilib.Toshiba və bir sıra digər şirkətlər Birləşmiş Ştatlar ərazisinə tədarük edilən maye-kristal displeylər üçün əvvəlcədən müəyyən edilmiş qiymətlərin saxlanılmasında şübhəli bilinib. Məhkəmə işinin materiallarına əsasən, formalaşdırılmış beynəlxalq iş birliyi ədalətli rəqabətə mane olaraq istehlakçıları məhsulları süni şəkildə qaldırılmış qiymətə almağa məcbur edib, Kompulenta yazır.
Məhkəmə qərarına əsasən, Toshiba 87 milyon dollar cərimə edilib. Bu məbləğin böyük hissəsi – 70 milyon dollar hazır məhsul alan son istifadəçilərin ziyanının ödənilməsinə hesablanıb. Daha 17 milyon dollar maye-kristal panelləri sövdələşmə iştirakçılarından yuxarı qiymətə alan kənar istehsalçıların ziyanını ödəyəcək.
Lakin Toshiba özünü təqsirli bilməyərək ədalətsiz biznes üsullardan istifadə etmədiyini təkidlə qeyd edir. Bununla yanaşı əlavə etmək lazımdır ki, yapon korporasiyası çox güman cəriməni ödəməli olmayacaq, çünki sövdələşmənin digər iştirakçıları - Sharp, Samsung və LG şirkətləri artıq məhkəmənin müəyyən etdiyi məbləği ödəməyə hazır olduqlarını bildiriblər.
Baxış sayı: 1178
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır