Tarix:07/07/12
Mingəçevir TKQ-nın rəisi Mustafa Muradovun verdiyi məlumata görə, 10 9 mərtəbəli binadan ibarət olacaq qəsəbədə bütün sosial obyektlərlə yanaşı, müasir rabitə xidmətinin yaradılması diqqət mərkəzindədir.
Onun bildirdiyinə görə, yeni stansiya mərkəzi EATS-ə optik kabel xətti ilə bağlanacaq ki, bu da istifadəçiləri daha rahat, daha keyfiyyətli rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradacaq. M. Muradov bildirib ki, EATS-6-nın tutumunun 700 nömrə artırılaraq 3772 nömrəyə çatdırılması planlaşdırılır.
Bundan başqa şəhərdə bütün yerüstü kabel xətlərinin kabel kanalizasiya quyuları tikilərək yeraltı aparılması planlaşdırılır. Qeyd edək ki, Mingəçevir şəhərində ümumi tutumu 21840 nömrə olan elektron ATS-in 1000 nömrəsi CDMA tipli simsiz telefon rabitə xidmətidir. Hazırda qovşaq 20953 abunəçiyə xidmət göstərir.
Şəhərdə internet istifadəçilərinin sayında da kifayət qədər artım var. Belə ki, hazırda şəhər üzrə 2500 genişzolaqlı internet abunəçisi var. Ötən il aztelekom.net internet provayderinin 88 abunəçisi olduğu halda indi bu rəqəm 891-dir. Şəhərdə fəaliyyət göstərən bütün internet provayderlərə bərabər şərait yaradılıb.
Şəhərdə internet klubların sayı kifayət qədərdir. Əhalinin internet xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə internet avadanlığında təkmilləşdirmə işləri genişləndirilərək internet kanalların sayı artırılıb. Odur ki, ADSL genişzolaqlı internet kanalının köməyi ilə bütün abunəçilərin istəklərinə uyğun yüksək tezlikli internet xidmətindən istifadə etmək imkanı yaranıb.
Mingəçevir TKQ-da bu il müddətində boş tutumun istifadəyə verilməsində, əhalinin, o cümlədən güzəştli vətəndaşların, şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin telefona olan ehtiyacını ödəmək məqsədi ilə əlavə ehtiyat hissələrindən istifadə etməklə «Aztelekom» İB-nin tapşırığı və köməyi nəticəsində çoxsaylı vətəndaşlar telefonla təmin edilib. Xüsusən şəhərdə olan dörd qəsəbədə məcburi qaçqın və köçkünlər üçün salınmış «Yeni Həyat» qəsəbəsində, Tərəvəzçilik sovxozunda, «Günəşli» qəsəbəsində, Mingəçevir kəndində də əhalinin telefona olan ehtiyacı təmin edilib.
Məcburi köçkünlər üçün salınan qəsəbədə yeni EATS tikiləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İB-nin dəstəyi ilə Mingəçevirdə informasiya texnologiyaları sürətlə inkişaf edir. Şəhərdə bu istiqamətdə yeni bir layihə kimi qaçqın və məcburi köçkünlər üçün tikilən yeni qəsəbədə müasir 512 nömrə tutumlu elektron ATS tikilməsi planlaşdırılır.Mingəçevir TKQ-nın rəisi Mustafa Muradovun verdiyi məlumata görə, 10 9 mərtəbəli binadan ibarət olacaq qəsəbədə bütün sosial obyektlərlə yanaşı, müasir rabitə xidmətinin yaradılması diqqət mərkəzindədir.
Onun bildirdiyinə görə, yeni stansiya mərkəzi EATS-ə optik kabel xətti ilə bağlanacaq ki, bu da istifadəçiləri daha rahat, daha keyfiyyətli rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə şərait yaradacaq. M. Muradov bildirib ki, EATS-6-nın tutumunun 700 nömrə artırılaraq 3772 nömrəyə çatdırılması planlaşdırılır.
Bundan başqa şəhərdə bütün yerüstü kabel xətlərinin kabel kanalizasiya quyuları tikilərək yeraltı aparılması planlaşdırılır. Qeyd edək ki, Mingəçevir şəhərində ümumi tutumu 21840 nömrə olan elektron ATS-in 1000 nömrəsi CDMA tipli simsiz telefon rabitə xidmətidir. Hazırda qovşaq 20953 abunəçiyə xidmət göstərir.
Şəhərdə internet istifadəçilərinin sayında da kifayət qədər artım var. Belə ki, hazırda şəhər üzrə 2500 genişzolaqlı internet abunəçisi var. Ötən il aztelekom.net internet provayderinin 88 abunəçisi olduğu halda indi bu rəqəm 891-dir. Şəhərdə fəaliyyət göstərən bütün internet provayderlərə bərabər şərait yaradılıb.
Şəhərdə internet klubların sayı kifayət qədərdir. Əhalinin internet xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə internet avadanlığında təkmilləşdirmə işləri genişləndirilərək internet kanalların sayı artırılıb. Odur ki, ADSL genişzolaqlı internet kanalının köməyi ilə bütün abunəçilərin istəklərinə uyğun yüksək tezlikli internet xidmətindən istifadə etmək imkanı yaranıb.
Mingəçevir TKQ-da bu il müddətində boş tutumun istifadəyə verilməsində, əhalinin, o cümlədən güzəştli vətəndaşların, şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin telefona olan ehtiyacını ödəmək məqsədi ilə əlavə ehtiyat hissələrindən istifadə etməklə «Aztelekom» İB-nin tapşırığı və köməyi nəticəsində çoxsaylı vətəndaşlar telefonla təmin edilib. Xüsusən şəhərdə olan dörd qəsəbədə məcburi qaçqın və köçkünlər üçün salınmış «Yeni Həyat» qəsəbəsində, Tərəvəzçilik sovxozunda, «Günəşli» qəsəbəsində, Mingəçevir kəndində də əhalinin telefona olan ehtiyacı təmin edilib.
Baxış sayı: 1553
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı