Tarix:07/07/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyini, Dortmund Sənaye və Ticarət Palatasını, habelə Azərbaycan-Almaniya İqtisadi İttifaqını təmsil edən qonaqları səmimi salamlayaraq, şirkətin “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi ilə bu qurum arasında yaranmış əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər olduğunu nəzərə çatdırıb.
Sonra ARDNŞ-in “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin fəaliyyəti haqqında film nümayiş etdirilib. “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin direktoru professor Eldar Şahbazov və mərkəzin aparıcı mütəxəssislərinin slaydlarla müşayiət olunan təqdimatında mərkəzin həyata keçirdiyi “Nanoneft” proqramının 4 əsas tərkib hissəsi - nanotexnologiyaların neft və qazın hasilatında, qazmada, neft kimyası və ekologiya sahələrində tədqiqi və tətbiqi haqqında məlumat verilib. Qeyd olunub ki, ARDNŞ və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində də perspektivli layihələr işlənib hazırlanmış və həyata keçirilməyə başlanılıb.
Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyinin Sərmayələr Agentliyinin Şərqi Avropa və MDB dövlətləri üzrə aparıcı mütəxəssisi Yelena Matekina, vilayətin nanoklsater mərkəzinin rəhbəri Harald Kremer, Dortmund Sənaye və Ticarət Palatasının iqtisadi maraqları təmsil edən institutun baş meneceri Vulf Kristian Erik, Dortmund Nanotexnologiyalar Mərkəzinin direktoru doktor Tomas Rixter və Azərbaycan-Almaniya İqtisadi İttifaqının icraçı direktoru Florian Şlöder ARDNŞ-in “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi ilə Avropa İttifaqı və digər ölkələrə nanotexnoloji sistemlərin işlənilməsi və satışının təşkili istiqamətində əməkdaşlıq imkanlarından söz açıblar. Qonaqlar görüş üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevə minnətdarlıqlarını bildiriblər.
CAHANGİR
ARDNŞ nanotexnologiyalara dair təqdimat keçirib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəhbərliyinin, şirkətin İstehsalat birliklərinin və baş ofisinin aparıcı mütəxəssislərinin iştirakı ilə “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzində görülmüş işlər və Almaniya mütəxəssisləri ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin təqdimatı olub.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyini, Dortmund Sənaye və Ticarət Palatasını, habelə Azərbaycan-Almaniya İqtisadi İttifaqını təmsil edən qonaqları səmimi salamlayaraq, şirkətin “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi ilə bu qurum arasında yaranmış əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər olduğunu nəzərə çatdırıb.
Sonra ARDNŞ-in “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin fəaliyyəti haqqında film nümayiş etdirilib. “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin direktoru professor Eldar Şahbazov və mərkəzin aparıcı mütəxəssislərinin slaydlarla müşayiət olunan təqdimatında mərkəzin həyata keçirdiyi “Nanoneft” proqramının 4 əsas tərkib hissəsi - nanotexnologiyaların neft və qazın hasilatında, qazmada, neft kimyası və ekologiya sahələrində tədqiqi və tətbiqi haqqında məlumat verilib. Qeyd olunub ki, ARDNŞ və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində də perspektivli layihələr işlənib hazırlanmış və həyata keçirilməyə başlanılıb.
Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti İqtisadiyyat və Energetika Nazirliyinin Sərmayələr Agentliyinin Şərqi Avropa və MDB dövlətləri üzrə aparıcı mütəxəssisi Yelena Matekina, vilayətin nanoklsater mərkəzinin rəhbəri Harald Kremer, Dortmund Sənaye və Ticarət Palatasının iqtisadi maraqları təmsil edən institutun baş meneceri Vulf Kristian Erik, Dortmund Nanotexnologiyalar Mərkəzinin direktoru doktor Tomas Rixter və Azərbaycan-Almaniya İqtisadi İttifaqının icraçı direktoru Florian Şlöder ARDNŞ-in “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzi ilə Avropa İttifaqı və digər ölkələrə nanotexnoloji sistemlərin işlənilməsi və satışının təşkili istiqamətində əməkdaşlıq imkanlarından söz açıblar. Qonaqlar görüş üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevə minnətdarlıqlarını bildiriblər.
CAHANGİR
Baxış sayı: 1387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır