12px13px15px17px
Tarix:09/07/12

Regional qaz xətləri elektron xəritədə göstəriləcək

Bakı və Abşeron rayonunun ardınca regionların da qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilən idarəetmə sisteminin (dispetçer) yaradılması işləri ilə əlaqədar yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin “ArcGis” proqram təminatında elektron məlumatlar bazası yaradılacaq.

Artıq bu istiqamətdə ilkin addımlar atılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Azəriqaz” QSC-dən bildiriblər. Məlumatda qeyd edilir ki, tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.

Bununla da ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri müasir elektron ölçmə cihazları vasitəsilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə coğrafi məkan məlumatları ilə əlaqəli analizlərin aparılması mümkün olur.



RƏVAN




Baxış sayı: 1223

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024