Tarix:09/07/12
Qanun layihəsi hökumətin səlahiyyətli orqanı tərəfindən çıxışı Rusiya ərazisində qadağan olan saytların reyestrinin aparılmasını nəzərdə tutur. Reyestrə uşaq pornoqrafiyası, narkotik maddələrin təbliği, uşaqları özünəqəsdə sövq edən və s. saytlar daxil olacaq. Siyahıya həm orqan, həm də məhkəmə qərarı əsasında yeni saytlar əlavə oluna bilər.
“RİA Novosti”-nin məlumatına görə, siyahıya daxil edilməzdən əvvəl sayt sahibinin qeyri-qanuni kontentin aşkar edilməsi barədə xəbərdar edilməsi planlaşdırılır. Bir sutka ərzində sayt sahibi reaksiya verməsə və kontenti pozmasa, bunu hostinq-provayder etməli olacaq. Həm o tərəf, həm də bu tərəf bunu etməsə, bu halda sayt “qara siyahı”ya düşəcək.
Səlahiyyətli orqan internetdə müharibənin təbliğ edilməsi və ya millətlərarası ədavətin qızışdırılması kimi digər qeyri-qanuni kontenti də nəzarət altında saxlayacaq. Bu vəziyyətdə resurs reyestrə yalnız məhkəmənin qərarı əsasında daxil ediləcək. İnternet sahəsinin əksər iştirakçıları əvvəllər kontentin mümkün filtrdən keçirilməsi ilə bağlı narahatlıqlarını bildirərək ictimai müzakirənin və qanun layihəsinin tamamlanmasının zəruriliyini bəyan ediblər.
Rusiyada saytların “qara siyahısı” yaradıla bilər
Rusiya Federasiyasının Dövlət Duması yayılması qadağan olan informasiyanı özündə birləşdirən domen və saytların vahid reyestrinin yaradılması haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.Qanun layihəsi hökumətin səlahiyyətli orqanı tərəfindən çıxışı Rusiya ərazisində qadağan olan saytların reyestrinin aparılmasını nəzərdə tutur. Reyestrə uşaq pornoqrafiyası, narkotik maddələrin təbliği, uşaqları özünəqəsdə sövq edən və s. saytlar daxil olacaq. Siyahıya həm orqan, həm də məhkəmə qərarı əsasında yeni saytlar əlavə oluna bilər.
“RİA Novosti”-nin məlumatına görə, siyahıya daxil edilməzdən əvvəl sayt sahibinin qeyri-qanuni kontentin aşkar edilməsi barədə xəbərdar edilməsi planlaşdırılır. Bir sutka ərzində sayt sahibi reaksiya verməsə və kontenti pozmasa, bunu hostinq-provayder etməli olacaq. Həm o tərəf, həm də bu tərəf bunu etməsə, bu halda sayt “qara siyahı”ya düşəcək.
Səlahiyyətli orqan internetdə müharibənin təbliğ edilməsi və ya millətlərarası ədavətin qızışdırılması kimi digər qeyri-qanuni kontenti də nəzarət altında saxlayacaq. Bu vəziyyətdə resurs reyestrə yalnız məhkəmənin qərarı əsasında daxil ediləcək. İnternet sahəsinin əksər iştirakçıları əvvəllər kontentin mümkün filtrdən keçirilməsi ilə bağlı narahatlıqlarını bildirərək ictimai müzakirənin və qanun layihəsinin tamamlanmasının zəruriliyini bəyan ediblər.
Baxış sayı: 961
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib