12px13px15px17px
Tarix:10/07/12

Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb.  "www.leyla-aliyeva.az" saytında Leyla Əliyevanın fəaliyyəti ilə bağlı bütün məlumatları əldə etmək mümkündür.

Yüksək keyfiyyətlə, dizayn baxımından peşəkar səviyyədə hazırlanmış sayt 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Saytda Leyla Əliyevanın fəaliyyətini əks etdirən məlumatlar dolğun şəkildə əks olunub. Burada oxucular Heydər Əliyev Fondunun vitse-prezidentinin çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri haqqında məlumat əldə edə biləcəklər.

"Fəaliyyət" bölməsində Leyla Əliyevanın Heydər Əliyev Fondunda, "Baku" jurnalında, İslam Konfransı Təşkilatı Gənclər Forumunda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və "IDEA" (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsindəki fəaliyyəti əks olunub. Həmin bölmələrin hər birində müvafiq rəsmi saytlara keçid yerləşdirilib.

Saytda Leyla Əliyeva tərəfindən təsis olunmuş, Azərbaycanın dünyada təbliğ edilməsində xüsusi rolu olan "Baku" jurnalının fəaliyyəti ilə tanış olmaq mümkündür.

Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki əvəzsiz və yorulmaz fəaliyyəti, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlərlə bağlı məlumatlar ayrıca bölmədə yer alıb.

Saytda Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan, gəncləri bir araya gətirərək onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmağa və həvəsləndirməyə xidmət edən "IDEA" Ətraf Mühit Kampaniyası ilə bağlı da geniş məlumatlar var.

Eyni zamanda, saytın izləyiciləri Leyla Əliyevanın səfərlərini interaktiv xəritə vasitəsilə izləyə, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrlə tanış ola biləcəklər.

Saytda Leyla Əliyevanın fotoları və videoları da yerləşdirilib. Bunun üçün ayrıca "Şəkillər" və "Video" bölməsi yaradılıb. Burada Leyla Əliyevanın iştirak etdiyi tədbirlər yüksək keyfiyyət və peşəkarlıqla əks olunub.

Saytın "Yaradıcılıq" bölməsində Leyla Əliyevanın şeirləri, rəsm əsərləri yerləşdirilib.
"Bioqrafiya" bölməsində isə Leyla Əliyeva tərəfindən çəkilmiş şəkillər yer alır.

Yüksək peşəkarlıq və bədii zövqlə hazırlanmış sayt Leyla Əliyevanın fəaliyyətini geniş və tam dolğun əks etdirir.

RƏVAN




Baxış sayı: 2043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024