Tarix:10/07/12
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, respondentlərin 75 faizi qeyd edib ki, sosial şəbəkələr onların istirahətinə mane olur və gecələr yatmaq müşkül məsələyə çevrilib. 25 faiz isə qeyd edib ki, onlayn-mübahisələrdən sonra onların şəxsi həyatında və işində tez-tez problemlər yaranır.
Keçirilmiş tədqiqat nəticəsində həmçinin məlum olub ki, istifadəçilərin 53 faizinin davranışı mənfiyə doğru dəyişib.
Bu halda, “Ümumdünya hörümçək toru”nun asılılıq yaratdığı aydınlaşıb: respondentlərin 55 faizi sosial şəbəkələrə çıxış imkanının itməsi halında özlərini narahat və diskomfort hiss etdikləri haqqında bildiriblər. Respondentlərin 60 faizi isə istirahətdən ötrü qurğularını bilərəkdən söndürməli olurlar.
Tədqiqat Britaniyanın 12 universitetinin tədqiqat bazalarında aparılıb.
EMİL
Sosial şəbəkələr insanların narahat hisslər keçirməsinə səbəb olur
Alimlərin yeni tədqiqat nəticələrinə əsasən, “Facebook” və “Twitter” kimi sosial şəbəkələr insanların qeyri-adekvat və narahat hisslər keçirməsinə səbəb olur. Tədqiqatda iştirak edənlərin 50 faizi bildirib ki, onların həyatı bu xidmətlərdən istifadə etməyə başladıqdan sonra dəyişib. Bu halda demək olar ki, hamı dəyişikliklərin yaxşı tərəfə olmadığını qeyd edib.“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, respondentlərin 75 faizi qeyd edib ki, sosial şəbəkələr onların istirahətinə mane olur və gecələr yatmaq müşkül məsələyə çevrilib. 25 faiz isə qeyd edib ki, onlayn-mübahisələrdən sonra onların şəxsi həyatında və işində tez-tez problemlər yaranır.
Keçirilmiş tədqiqat nəticəsində həmçinin məlum olub ki, istifadəçilərin 53 faizinin davranışı mənfiyə doğru dəyişib.
Bu halda, “Ümumdünya hörümçək toru”nun asılılıq yaratdığı aydınlaşıb: respondentlərin 55 faizi sosial şəbəkələrə çıxış imkanının itməsi halında özlərini narahat və diskomfort hiss etdikləri haqqında bildiriblər. Respondentlərin 60 faizi isə istirahətdən ötrü qurğularını bilərəkdən söndürməli olurlar.
Tədqiqat Britaniyanın 12 universitetinin tədqiqat bazalarında aparılıb.
EMİL
Baxış sayı: 1252
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib