12px13px15px17px
Tarix:10/07/12

“Nokia” şirkətinin sabiq əməkdaşları smartfon hazırlayır

“Nokia” şirkətinin sabiq əməkdaşlarından ibarət qrup şirkətin ötən il imtina etdiyi  “MeeGo” əməliyyat sistemində işləyən smartfonlar istehsal edəcək. “Jolla” adlandırılmış startap “Nokia N9” modelinin (“MeeGo” platformasında işləyən birinci və son model) yaradılmasında iştirak etmiş direktor və aparıcı mütəxəssislərdən ibarətdir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, yeni şirkətin direktoru Mark Dillon olacaq. O, “Nokia” şirkətində təxminən 11 il işləyib. Startapın “LinkedIn” işgüzar sosial şəbəkəsində yerləşdirilmiş profilinə əsasən, "Jolla şirkəti beynəlxalq investorlar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində yeni “MeeGo”-smartfonlarının dizaynı, hazırlanması və satışı ilə məşğul olacaq". “Röyters” xəbər agentliyinin verdiyi məlumata görə, "Jolla” şirkəti birinci qurğusunu 2012-ci ilin sonuna kimi çıxarmağı planlaşdırır.

“Nokia” şirkətinin şəxsi proqram təminatının yaradılmasının tarixi uzundur; o, 2003-cü ildə “Maemo” əməliyyat sisteminin   hazırlanmasına başlayıb. Lakin bu platforma elə də uğur gətirmədi. Şirkət smartfonlara digər əməliyyat sistemini – “Symbian”-ı quraşdırırdı.

“Nokia” şirkəti 2010-cu ilin fevralında elan etmişdi ki, “Maemo” platforması yeni “MeeGo” əməliyyat sisteminin yaradılması üçün  “İntel” şirkətinin “Moblin” layihəsi ilə birləşdiriləcək. Lakin Finlandiya şirkəti 1 il sonra “İntel” ilə tərəfdaşlığa son qoydu və  “MeeGo” və “Symbian” platformalarına sərmayələr yatırmaqdan imtina edərək “Microsoft” korporasiyasının istehsalı olan “Windows Phone” əməliyyat sisteminə üstünlük verdi.
 
EMİL




Baxış sayı: 1298

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024