Tarix:10/07/12
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin iyununda başa çatmış 3 aylıq dövrün nəticəsinə görə, “AMD” şirkəti ötən rüblə müqayisədə mədaxilin 11 faiz azalmasını proqnozlaşdırır.
“AMD” şirkəti mədaxilin azalmasını Çin və Avropada istehlak həllərinə tələbatın azalması, həmçinin hazır kompyuterlərin satış həcminin azalması ilə əlaqələndirir. “AMD”-nin satış həcminin azalması digər prosessor istehsalçılarının zəif nəticələrinin müjdəçisi ola bilər, “Sanford C. Bernstein & Co”-nin analitiki Steysi Rasqon belə hesab edir.
"Şəxsən mən “AMD” şirkətinin yeni məhsul çıxarmaqla dünya bazarında iqtisadi qeyri-sabitliyin öhdəsindən gələcəyinə ümid edirdim, lakin bu, baş vermədi. Hazırda bu vəziyyətin “İntel” şirkətinə necə təsir edəcəyini müşahidə etmək maraqlıdır" - ekspert bildirib.
Məlumat üçün bildirək ki, “AMD” şirkəti 2012-ci ilin ikinci rübü ilə bağlı maliyyə nəticələrini iyulun 19-da elan edəcək.
EMİL
“AMD” şirkəti satış həcminin azalmasını proqnozlaşdırır
“AMD” (Advanced Micro Devices Inc.) şirkəti 2012-ci ilin ikinci rübündə gözlənilmədən satış həcminin azalmasını elan etdikdən sonra onun səhmləri 11 faiz azalıb. Buna səbəb şirkətin məhsuluna Çin və Avropa ərazisində olan zəif tələbatdır.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin iyununda başa çatmış 3 aylıq dövrün nəticəsinə görə, “AMD” şirkəti ötən rüblə müqayisədə mədaxilin 11 faiz azalmasını proqnozlaşdırır.
“AMD” şirkəti mədaxilin azalmasını Çin və Avropada istehlak həllərinə tələbatın azalması, həmçinin hazır kompyuterlərin satış həcminin azalması ilə əlaqələndirir. “AMD”-nin satış həcminin azalması digər prosessor istehsalçılarının zəif nəticələrinin müjdəçisi ola bilər, “Sanford C. Bernstein & Co”-nin analitiki Steysi Rasqon belə hesab edir.
"Şəxsən mən “AMD” şirkətinin yeni məhsul çıxarmaqla dünya bazarında iqtisadi qeyri-sabitliyin öhdəsindən gələcəyinə ümid edirdim, lakin bu, baş vermədi. Hazırda bu vəziyyətin “İntel” şirkətinə necə təsir edəcəyini müşahidə etmək maraqlıdır" - ekspert bildirib.
Məlumat üçün bildirək ki, “AMD” şirkəti 2012-ci ilin ikinci rübü ilə bağlı maliyyə nəticələrini iyulun 19-da elan edəcək.
EMİL
Baxış sayı: 1239
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır