12px13px15px17px
Tarix:10/07/12

Rusdilli “Wikipedia” bağlanır?

“Wikipedia”  İnternet ensiklopediyasının rus dilindəki bölməsi öz işinə xitam verib.Bu yolla da layihə üzvləri Dövlət Dumasının yayılması qadağan olan informasiyanı özündə birləşdirən domen və saytların vahid reyestrinin yaradılması haqqında qanun layihəsinə etiraz etməyə qərar veriblər. Ehtimallara görə, “Wikipedia”ya sutka ərzində giriş mümkün olmayacaq.

Hazırda səhifəyə girəndə internet senzura ilə bağlı məlumatı əks etdirən banner görünür. Bannerdə yerləşdirilmiş keçid 89417-6 saylı qanun layihəsinə aparır, burda aktivistlər məlumat verir ki, “müzakirə olunan müddəa və ifadələr Rusiyada “Böyük Çin Səddi”nin analoqunu yaradacaq”.

“İnformasiya haqqında” qanuna Rusiya ərazisində qadağan olan saytların reyestrinin aparılması dəyişikliyi iyunun 7-də edilib.

Xatırladaq ki, 2012-ci ilin əvvəlində “Wikipedia”nın ingilis dilində olan bölümləri və digər resursları da bir neçə sutka işini dayandırmışdı. Bu isə “SOPA”-nın (Stop Online Piracy Act) piratçılığa qarşı qanun layihəsinə etiraz əlaməti olaraq təşkil edilmişdi.




Baxış sayı: 1307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024