12px13px15px17px
Tarix:10/07/12

Abituriyentlərdən 101432 nəfəri “Elektron ərizə”sini təsdiq etdirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən III ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün "Abituriyentin imtahana buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.

Komissiyanın mətbuat xidmətindən  verilən məlumata görə, 2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən imtahana (3-cü qrup) buraxılış vərəqəsinin çap edilməsi üçün abituriyentlər TQDK-nın saytına daxil olmalıdırlar. Abituriyentlər "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni əldə etmədən qəbul imtahanlarında iştirak edə bilməzlər.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 106 130 abituriyent internetlə "Elektron ərizə "doldurub. Onların 101 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.

 Bu il ali məktəblərə ilk qəbul imtahanı III ixtisas qrupu üzrə iyulun 14-də olacaq. İyulun 20-də I, iyulun 27-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə imtahan keçiriləcək.

RƏVAN




Baxış sayı: 1278

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024