12px13px15px17px
Tarix:11/07/12

BDU-da rəqəmli təsvirin analizi üçün laboratoriya yaradılması planlaşdırılır

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin nəzdində "Carl Zeiss" optik mikroskopiya laboratoriyasının açılısı olub. Laboratoriyanın avadanlığı BDU-nun istifadəsinə "Carl Zeiss" şirkətinin Azərbaycan təmsilçisi olan "OPTEC" şirkəti tərəfindən verilib.

Laboratoriya 10 ədəd "Primo Star" tədris mikroskopları ilə təchiz edilib, onlardan beşinin komplektinə rəqəmsal kameralar və zəruri proqram təminatı daxildir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Universitetdən bildirilib ki, mərasimdə "OPTEC" şirkəti və BDU-nun nümayəndələri iştirak ediblər,  laboratoriyanı BDU-nun rektoru, akademik Abel Məhərrəmov və "OPTEC" şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Nataliya Həmzəyeva açıblar. Tədris laboratoriyasının açılışından sonra rektor Abel Məhərrəmov və "OPTEC" B.V. (Hollandiya) şirkətinin baş direktoru Aleksandr Fon Korff əməkdaşlıq barədə memorandum imzalayıblar.

Sənədə əsasən "OPTEC" və BDU, BDU-nun bazasında müntəzəm olaraq elmi-praktiki və təhsil seminarlarının keçirilməsi barədə razılığa gəliblər. BDU-nun bazasında, həmçinin, peşə hazırlığı, lazer skaner mikroskopiyası və rəqəmli təsvirin analizi üçün laboratoriyaları olan "Carl Zeiss" arayış mərkəzinin yaradılması planlaşdırılır.

Rektor Abel Məhərrəmov bildirib ki, bizim məqsədimiz  gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, onları ən müasir avadanlıqla təchiz etməkdir: "Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizdir".
 
HƏQİQƏT




Baxış sayı: 1050

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024