12px13px15px17px
Tarix:12/07/12

“Apple” şirkəti ilə San-Fransisko hakimiyyətinin arası dəyib

“Apple” şirkəti “EPEAT” ətraf mühitin qiymətləndirilməsi sistemi ilə əməkdaşlığı pozduğuna görə San-Fransisko şəhərinin hakimiyyəti şirkətin stolüstü kompyuter və noutbuklarını satın almayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “EPEAT” (Electronic Product Environmental Assessment Tool) elektron qurğuların ətraf mühitə təsir dərəcəsini bir sıra meyarlar üzrə qiymətləndirir. Sınaqdan uğurla keçmiş qurğulara "qızıl", "gümüş" və ya "tunc" sertifikatlar verilir.

2006-cı ildə “Apple” şirkəti “EPEAT” normalarının yaradılmasında iştirak etmişdi, daha sonra layihəni fəal dəstəkləyirdi və öz kompyuterlərini sınaqdan keçməyə göndərirdi. “EPEAT” normaları smartfon və planşetlərə tətbiq edilmədiyindən ”iPhone” və “iPad” sertifikatlaşdırmada iştirak etmirdi. Lakin şirkət 2012-ci ilin iyununda elan etdi ki, artıq sertifikatlaşdırılmış qurğuları (39 ədəd)  “EPEAT” reyestrlərindən müsadirə edir və yeni kompyuterlərin sınaqdan keçirilməsindən imtina edir.

Bundan sonra San-Fransisko şəhərinin ətraf mühitin mühafizəsi departamenti yerli hökumət müəssisələrinə “Apple” şirkətinin istehsalı olan kompyuterləri almamaq tələbi ilə məktublar göndərib. Buna səbəb 2007-ci ildə qəbul edilmiş qanundur. Qanuna əsasən, şəhər büdcəsinin vəsaiti hesabına yalnız “EPEAT” sertifikatına malik kompyuterləri satın almaq olar.
 
EMİL




Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024