Tarix:12/07/12
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, FK-nin tədarük həcmi azalmağa davam edir: 2012-ci ilin ikinci rübündə onların həcmi 2011-ci ilin aprel-iyun ayları ilə müqayisədə 0.1 faiz azalıb.
“İntel” korporasiyasının səylərinə baxmayaraq, ultrabukların qiyməti baha olaraq qalmaqdadır və onlara tələbat azdır. Bundan əlavə, istehlakçılar 2012-ci ilin oktyabrında “Windows 8” əməliyyat sisteminin istifadəyə verilməsindən sonra köhnələcək qurğunu satın almaq istəmirlər.
“Gartner” analitik şirkətinin hesablamasına görə, “Hewlett-Packard” (HP) 14,9 faiz göstərici ən böyük FK tədarükçüsü olaraq qalmağa davam edir. Lakin onun bazar payı ötən illə müqayisədə 2 faiz azalıb. “Lenova” şirkəti 12.8 milyon FK tədarük edib və ikinci yerdə qərarlaşıb. “Acer” şirkəti 11.8 faiz göstərici ilə üçüncüdür.
“Gartner” şirkətinin ekspertləri FK bazarında qeydə alınmış azalmanın səbəbi kimi hökumət və tədris müəssisələri tərəfindən kompyuterlərə olan zəif tələbatı göstəriblər.
EMİL
Fərdi kompyuter bazarında azalma müşahidə olunur
“Apple” şirkətinin “MacBook Air” noutbukları üslubunda hazırlanmış ultrabuk seqmenti belə fərdi kompyuter (FK) bazarındakı azalmanın qarşısını ala bilmir. “IDC” və “Gartner” tədqiqat şirkətlərinin məlumatına görə, alıcılar yeni smartfon və “iPad” planşet kompyuterlərinə daha çox üstünlük verirlər.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, FK-nin tədarük həcmi azalmağa davam edir: 2012-ci ilin ikinci rübündə onların həcmi 2011-ci ilin aprel-iyun ayları ilə müqayisədə 0.1 faiz azalıb.
“İntel” korporasiyasının səylərinə baxmayaraq, ultrabukların qiyməti baha olaraq qalmaqdadır və onlara tələbat azdır. Bundan əlavə, istehlakçılar 2012-ci ilin oktyabrında “Windows 8” əməliyyat sisteminin istifadəyə verilməsindən sonra köhnələcək qurğunu satın almaq istəmirlər.
“Gartner” analitik şirkətinin hesablamasına görə, “Hewlett-Packard” (HP) 14,9 faiz göstərici ən böyük FK tədarükçüsü olaraq qalmağa davam edir. Lakin onun bazar payı ötən illə müqayisədə 2 faiz azalıb. “Lenova” şirkəti 12.8 milyon FK tədarük edib və ikinci yerdə qərarlaşıb. “Acer” şirkəti 11.8 faiz göstərici ilə üçüncüdür.
“Gartner” şirkətinin ekspertləri FK bazarında qeydə alınmış azalmanın səbəbi kimi hökumət və tədris müəssisələri tərəfindən kompyuterlərə olan zəif tələbatı göstəriblər.
EMİL
Baxış sayı: 1685
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır