12px13px15px17px
Tarix:13/07/12

“Samsung” 6,5 milyon ədəd “Galaxy S III” smartfonu tədarük edib

“Samsung Electronics” şirkəti 2012-ci ilin ikinci rübündə dünya bazarına 6.5 milyon “Galaxy S III” smartfonu tədarük edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, “JPMorgan” ekspertlərinin proqnozuna görə, cari ilin üçüncü rübündə “Galaxy S III” smartfonlarının dünya bazarına tədarük həcmi 15 milyon təşkil edə bilər.

Müqayisə üçün: “Apple” korporasiyası 2012-ci ilin birinci üç ayı ərzində dünya bazarına 35,1 milyon aparat tədarük edib.

“Samsung” şirkətinin 2012-ci ilin ikinci rübündə bazara təxminən 50 milyon smartfon tədarük edəcəyi gözlənilir. Müqayisə üçün, analoji dövrdə “iPhone”-un ümumi çatdırmaları həcmdə 30 milyon qurğu gözlənilir.
Məlumat üçün bildirək ki, “Galaxy S III” smartfonu satışa 2012-ci il mayın sonunda çıxarılıb.
 
EMİL




Baxış sayı: 1248

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024