12px13px15px17px
Tarix:14/07/12

“Google” şirkəti rəssam Qustav Klimtin anadan olmasının 150 illiyini qeyd edib

"Google" internet-şirkəti avstriyalı rəssam Qustav Klimtin (Gustav Klimt) anadan olmasının 150 illiyini qeyd edib.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Google"-un axtarış sisteminin əsas səhifəsində ənənəvi loqo şənbə günü Klimtin məşhur "Öpüş" (1907-1908) əsəri ilə əvəz edilib.

Məlumat üçün bildirək ki, Qustav Klimt 1862-ci il iyulun 14-də Avstriyada doğulub. Onun erotizmlə seçilən əsərləri heç də dərhal populyarlıq qazanmayıb, hətta siyasi və dini dairələrin qınağına tuş gəlib.
Lakin rəssamın yaradıcılığını tədqiq edənlər "Öpüş" əsəsrini Klimtin yaradıcılığının "qızıl dövrünə" aid edirlər. Dövrün adı əsərlərdə istifadə edilmiş qızıl suyu, həm də tənqidçilər tərəfindən verilmiş müsbət reaksiyalarla bağlıdır.

Məlumat üçün bildirim ki, "Google" şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqonu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.

EMİL



Baxış sayı: 1082

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024