12px13px15px17px
Tarix:14/07/12

«Azercell»ə yeni prezident təyin olunacaq

Azərbaycanın ən iri mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin rəhbərliyində dəyişikliklər gözlənilir.

«APA-ECONOMICS»in məlumatına görə, 2009-cu ildən şirkətin prezidenti vəzifəsini tutan Əli Ağanı bu vəzifədə Kirill Qaburiç əvəz edəcək.

Qeyd edək ki, Kirill Qaburiç indiyədək Moldovanın «Moldcell» şirkətinin (bu şirkət də «Azərcell» kimi «TeliaSonera» qrupuna daxildir) baş direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, hələlik Əli Ağan «Azercell»in rəhbəri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Rəhbərliyin dəyişməsi isə yaxın aylarda başa çatacaq və artıq sentyabr ayından şirkət Kirill Qaburiç rəhbərliyi altında fəaliyyət göstərəcək.



Baxış sayı: 1172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024