12px13px15px17px
Tarix:14/07/12

Koreya şirkəti 129 dollarlıq kompyuter istehsal edib

Son zamanlar "Linux" əsasında işləyən mini-kompyuterlər özünə daha çox diqqət cəlb etməyə başlayıb. Belə ki, bir neçə ay bundan əvvəl Böyük Britaniyada 35 dollarlıq "Raspberry Pi" kompyuteri istehsal edilmişdi. Hazırda isə Koreyanın "Hardkernel" şirkəti yeni mini-kompyuter təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni mini-kompyuter "Odroid-X" adlanır və 1,4 QHs takt tezlikli və "Samsung Exynos 4" dördnüvəli prosessoru əsasında işləyir.

Sistem lövhədən ibarət kompyuter, həmçinin 1 Qb əməli yaddaş, "Mali 400" qrafik çipi, 6 ədəd "USB" portu, "Ethernet"-adapter, qulaqcıq və mikrofon üçün konnektor və "SDHC" yaddaş kartı üçün slot ilə təchiz edilib. "Odroid-X" kompyuteri gücünə görə "Raspberry Pi"-dən 4 dəfə daha güclüdür. Koreyanın "ARM" arxitekturalı kompyuteri daha intensiv hesablamalar üçün nəzərdə tutulub.

Bununla belə, hər iki maşının ölçüləri, demək olar ki, eynidir. "Odroid-X" mini-kompyuterinin qiyməti 129 dollar təşkil edir.

EMİL



Baxış sayı: 1366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024