12px13px15px17px
Tarix:16/07/12

“Əlvida, ADSL! Xoş gəldin, fiber-optik internet”

Cari il, 9 iyul  tarixindən etibarən "Aktiv-ol" internet xidməti yeni yay kampaniyasına start verib. "Əlvida, ADSL! Xoş gəldin, fiber-optik internet" devizi altında keçirilən kampaniya 1 ay müddətində davam edəcək. Müştərilərin istəklərini nəzərə almaqla 4 sərfəli limitsiz paket təklif olunur. Hər bir tarif müxtəlif tələblərə cavab verir. 

"Tarif Layt" ünsiyyəti sevənlər, "Tarif Ultra" onlayn əyləncə, oyun, TV, "Skype" vasitəsilə görüntülü ünsiyyət və "YouTube" xidmətlərinin istifadəçiləri, "Tarif Premium" evdə eyni zamanda  bir neçə avadanlıqdan istifadə edənlər, "Prestij" isə işgüzar və öz vaxtlarına dəyər verənlər üçün nəzərdə tutulub.
"ICTnews.az" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, "Tarif Layt"a qoşulanlar saniyədə 2 Meqabit sürətlə internetdən istifadə edə biləcək və bunun üçün ayda cəmi 12 AZN ödəyəcəklər. "Tarif Ultra" ayda 17AZN ödəməklə saniyədə 10 Meqabit yüksək və stabil sürət təklif edir.

"Premium" tarifini seçdikdə müştərilər saniyədə tam 20 Meqabit sürət əldə edəcəklər. Tarifin qiyməti cəmi 29 AZN təşkil edir. "Prestij" tarifində isə saniyədə 30 Meqabit sürət təklif olunur. Tarifin qiyməti ayda 40 AZN təşkil edir.

Qeyd etmək lazımdır ki, kampaniya qoşulan müştərilər 1 il ərzində həmin tariflərdən yararlana biləcəklər.
 Kampaniya müddətində "Aktiv-ol" internet xidmətinin geniş imkanları haqqında əhaliyə məlumat vermək məqsədilə əhatə dairəsində olan ərazilərdə aksiyalar keçiriləcək.

 Onu da qeyd etmək lazımdır ki, "Aktiv-ol" - Azərbaycanın ilk fiber-optik internet xidməti 2011-ci ildən başlayaraq fəaliyyət göstərir. ADSL xidmətindən fərqli cəhəti ondan ibarətdir ki, bu internet xidmətinə qoşulduqda modem tələb olunmur, telefon xəttinə ehtiyac yoxdur və internetə yüksək sürətlə stabil giriş təmin olunur.

CAHANGİR




Baxış sayı: 5273

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024