Tarix:16/07/12
Bununla əlaqədar olaraq, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə birlik və müəssisə rəhbərlərinə tapşırıq verib: "Əksər hallarda abunəçilər müqavilələrdə göstərilən ünvanlarda telefonlardan istifadəni davam etdirir və yeni müavilənin bağlanmasına ehtiyac qalmır.
Göstərilənlər, həmçinin abunəçilərin çoxsaylı əsaslı müraciətləri, "Telefon rabitəsindən İstifadə Qaydaları"na RİTN-in 09.08.2007-ci il tarixli 135 saylı əmri ilə edilmiş əlavə və dəyişikliklərlə telefonların şəbəkədən açılmasına hüquqi baza yaradıldığı, abunəçilərlə əlaqələrin elektron xidmətlər əsasında qurulduğu nəzərə alınaraq və stasionar telefon rabitəsi xidmətlərindən istifadədə əhalinin rahatlığının artırılması, abunəçilərin hüquqlarının qorunması üçün əlavə tədbirlərin görülməsi məqsədilə abunəçilərlə müqavilələrin müddətsiz bağlanması və müqavilə bağlanmamasına görə telefonların şəbəkədən açılmaması təmin edilsin".
Bundan sonra, abunəçi ilə yeni müqavilənin bağlanması zərurəti yarandıqda, bu elektron formada həyata keçiriləcək.
Beləliklə, RİTN-in bu barədə verilən 08.02.2002-ci il tarixli göstərişi qüvvədən düşmüş hesab edilir.
RƏVAN
Müqaviləyə görə telefonların şəbəkədən açılması ləğv edildi
Son vaxtlar ali hakimiyyət orqanlarına və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) abunəçilərlə müqavilələrin yenidən bağlanmamasına görə, telefonların şəbəkədən açılmasına dair ciddi narazılıqlar və şikayətlər daxil olur.Bununla əlaqədar olaraq, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə birlik və müəssisə rəhbərlərinə tapşırıq verib: "Əksər hallarda abunəçilər müqavilələrdə göstərilən ünvanlarda telefonlardan istifadəni davam etdirir və yeni müavilənin bağlanmasına ehtiyac qalmır.
Göstərilənlər, həmçinin abunəçilərin çoxsaylı əsaslı müraciətləri, "Telefon rabitəsindən İstifadə Qaydaları"na RİTN-in 09.08.2007-ci il tarixli 135 saylı əmri ilə edilmiş əlavə və dəyişikliklərlə telefonların şəbəkədən açılmasına hüquqi baza yaradıldığı, abunəçilərlə əlaqələrin elektron xidmətlər əsasında qurulduğu nəzərə alınaraq və stasionar telefon rabitəsi xidmətlərindən istifadədə əhalinin rahatlığının artırılması, abunəçilərin hüquqlarının qorunması üçün əlavə tədbirlərin görülməsi məqsədilə abunəçilərlə müqavilələrin müddətsiz bağlanması və müqavilə bağlanmamasına görə telefonların şəbəkədən açılmaması təmin edilsin".
Bundan sonra, abunəçi ilə yeni müqavilənin bağlanması zərurəti yarandıqda, bu elektron formada həyata keçiriləcək.
Beləliklə, RİTN-in bu barədə verilən 08.02.2002-ci il tarixli göstərişi qüvvədən düşmüş hesab edilir.
RƏVAN
Baxış sayı: 1652
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı