12px13px15px17px
Tarix:17/07/12

Caspian Telecom 15 illik yubileyini Ailə TV şəbəkəsində qeyd edir

Azərbaycanda İKT sektorunda qabaqcıl şirkətlərdən biri olan Caspian Telecom bu gün on beş illik yubileyini qeyd edir. Bu barədə şirkətin direktoru Fuad Allahverdiyevə istinadən şirkətdən verilən məlumatda bildirilir.

F. Allahverdiyevin sözlərinə əsasən, korporativ müştərilərə şəbəkə xidmətləri göstərən şirkət, 1997-ci ildə təsis edilib və yarandığı gündən ən müxtəlif şəbəkə xidmətləri göstərməyə başlayıb: "2010-cu ildə "Caspian Telecom" Ailə TV şəbəkəsinin tərkib hissəsinə çevrilib və şirkətin rəhbərliyi dəyişilib.

Həyata keçirilmiş dəyişiklik nəticəsində fəaliyətin effektivliyinin artırılması məqsədilə əhəmiyyətli islahatlar aparılıb. 2010-cu ildə şirkətin Ailə TV şəbəkəsinə daxil olması nəticəsində Caspian Telecom Azərbaycanın İKT sferasında ən qabaqcıl şirkətlərindən birinə çevrilib. Bu gün Azərbaycanda İKT sektorunun inkişafında vacib rol oynamış şirkətin 15 illik yubileyi qeyd edilir".

"Caspian Telecom" direktorunun sözlərinə əsasən, hazırda respublika ərazisində ən geniş və ən sıx fiber-optik şəbəkə infrastrukturuna malik olan şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankı, Dövlət Neft Fondu da daxil olmaqla ölkənin ən iri kommersiya banklarına, dövlət və özəl strukturlara fasiləsiz və keyfiyyətli İKT xidmətləri göstərir.

"Hal-hazırda xidmətlərimizdən Azərbaycanın ən böyük kommersiya bankları yararlanır. Şirkət olaraq biz, Nikoil Bank, Amrah Bank , Кapital Bank , BTB Bank, Kredo Bank, Bank Melli Iran, Azerdemiryol Bank, Aqrar Kredit, Ekspress Bank, Bank of Baku, NBC Bаnк, AG Баnк, Bank of Azerbaijan, Silk Way Bank, Access Bank kimi böyük banklara ən müxtəlif şəbəkə xidmətləri göstəririk".- deyə F.Allahverdiyev bildirir.

Qeyd etmək lazımdır ki, "Caspian Telecom" korporativ müştərilərə fiber-optik internet, ayrılmış xətlər və Ethernet, Korporativ İP Telefoniya, Virtual Özəl Şəbəkələrin yaradılması, Şəbəkə Təhlükəsizliyi, Video Müşahidə, Şəbəkə Monitorinqi kimi xidmətlər təqdim edir.

Şirkət təqdim olunan xidmətlər sferasını və öz əhatə dairəsini daim genişləndirir. Bununla yanaşı bildrimək lazımdır ki, "Caspian Telecom" Azərbaycanda SWIFT xidmətini təqdim ən böyk şirkətdir.

Fuad Allahverdiyevin sözlərinə əsasən, hazırda Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Lənkəran, Bərdə, Yevlax, Tovuz, Şəmkir, Masallı və Biləsuvar şəhərlərində Caspian Telecomun optik şəbəkəsi mövcuddur: "Əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq bir sıra şəhərlərdə filialların yaradılması planlaşdırılır. Şirkətin əməkdaşları mütəmadi olaraq müxtəlif sərgilərdə iştirak edir və ən son texnologiyalar ilə tanış olurlar. Ən qabaqcıl texnologiyaların tətbiqi şirkət üçün prioritet hesab olunur".

Qeyd etmək lazımdır ki, şirkət sisitem inteqratoru kimi fəaliyyət göstərir, CİSCO və digər şirkətlərlə əməkdaşlıq edir. Öz fəaliyyətində innovasiyalara geniş yer verən şirkət 2012-ci ildən etibarən bütün aktiv avadanlıqları ən müasir tələblərə cavab verən CISCO avadanlıqları ilə əvəzləyib.




Baxış sayı: 1518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024