12px13px15px17px
Tarix:14/07/11

“BakuTel-2011” sərgi-konfransının Təşkilat Komitəsi yaradılıb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin himayəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi və təşkilatçılığı, “İTECA Caspian” şirkətinin təşkilatçılığı, “Microsoft” şirkətinin baş sponsorluğu ilə 23-26 noyabr 2011-ci il tarixində “Baku-Expo Center”də keçiriləcək 17-ci beynəlxalq “BakuTel-2011” sərgi- konfransı, eləcə də “BakuTel-2011” çərçivəsində keçiriləcək tədbirlərlə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında əmr imzalanıb. Əmrə əsasən, Təşkilat Komitəsinə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə rəhbərlik edəcək.
Təşkilat Komitəsi işlərin səmərəli və operativ yerinə yetirilməsinə nəzarət edəcək. Eyni zamanda, Təşkilat Komitəsi işlərin səmərəli və operativ yerinə yetirilməsi üçün əlaqələndirilmiş formada müxtəlif təyinatlı və funksiyalı əlavə işçi qrupları da yaradacaq. Bundan başqa, RİTN-də “BakuTel-2011” sərgisi və sərgi-konfrans çərçivəsində keçirilən tədbirlərlə əlaqədar yeni Tədbirlər Planı hazırlanacaq.
Məlumat üçün bildirək ki, “ BakuTel-2011” sərgi-konfransı çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə Əsaslanan İnkişaf və İnnovativ Sahibkarlıq” mövzusunda beynəlxalq konfransı, İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə nazirlərin Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclası təşkil olunacaq.



Baxış sayı: 1230

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024