12px13px15px17px
Tarix:17/07/12

Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumunda 2000 nümayəndə iştirak edəcək

Noyabrda Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumunda 1500-2000 nümayəndə iştirak edəcək. Bu barədə jurnalistlərə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki, bu tədbir dünyada internet üzrə ilin ən böyük hadisəsi hesab olunur.

“Bu forum BMT-nin təşəbbüsü, Azərbaycan hökumətinin BMT ilə birgə təşkilatçılığı əsasında baş tutacaq. Forumda internetdə idarəçilik, problemlər, təhlükəsizlik, elektron hüquqların qorunması, biznesin inkişafı üzrə bütün məsələlər müzakirə olunacaq. Bu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq aləmin Azərbaycanda internetin inkişafına verdiyi qiymətdir.
 

Təəssüf ki, “Eurovision” müsabiqəsi ərəfəsində olduğu kimi, bəzi ölkələr bizə qarşı əks təbliğat aparır. Azərbaycanda internetin problemləri ilə bağlı yanlış məlumat yaymağa çalışır. Lakin beynəlxalq reytinq təşkilatları qeyd edirlər ki, Azərbaycanda internet sərbəstdir və ona məhdudiyyət qoyulmur”, – deyə nazir bildirib.  





RƏVAN




Baxış sayı: 1427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024