Tarix:17/07/12
Fərmanın icrası ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəsmi internet saytında xüsusi elektron xidmət bölməsi yaradılıb, tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib və zəruri texniki təhlükəsizlik tədbirləri həyata keçirilib.
Fərmana əsasən müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilməsi tələb edilir ki, bu məqsədlə komitənin Elektron Hökumətin Dövlət İnformasiya Sisteminə qoşulması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilib.
Bu məqsədlə tələb olunan avadanlıqların quraşdırılması və rabitə əlaqəsinin yaradılması təmin edilib. Hazırda EHDİS vasitəsilə elektron xidmətlərin təşkili məqsədilə müvafiq proqram təminatlarının hazırlanması istiqamətində işlər davam etdirilir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2012-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən iclasda məlumat verilib.
Həmçinin bildirilib ki, komitənin fəaliyyət istiqamətləri üzrə təsdiq edilmiş elektron xidmətlərdən daha aktual hesab olunan daşınmaz əmlakın qeydiyyatı prosesləri ilə bağlı xidmətlərin təşkili məqsədilə DƏDRX-in ərazi idarələri üzrə korporativ kompyuter şəbəkəsi yaradılıb, həmçinin əvvəllər ərazi idarələrində lokal şəkildə fəaliyyət göstərən Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin məlumat bazaları birləşdirilərək vahid məlumat bazası yaradılıb.
Bu işlərin həyata keçirilməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlar barədə arayışların verilməsi, daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətlərin və müvafiq sənədlərin qəbul edilməsi üzrə elektron xidmətlər yaradılıb və bu xidmətlər üzrə tələb olunan ödənişlərin elektron şəkildə həyata keçirilməsi işləri təmin edilib. Bunlarla yanaşı müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə elektron xidmətin yaradılması təmin edilib.
Qeyd edilənlərlə paralel olaraq Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yeni informasiya sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərilib.
Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirilib.
Həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə bağlı komitə tərəfindən göstərilən elektron xidmətlərdən hüquqi və fiziki şəxslərin istifadəsinin genişləndirilməsi məqsədi ilə ictimai maarifləndirmə və təbliğat isinin daha da gücləndirilməsi ilə bağlı göstərişlər verilib.
Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin fəaliyyət sahələrinin artırılması istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilməlidir. Bununla yanaşı komitənin informasiya texnologiyaları sistemlərinin imkanlarının artırılması, informasiyaların qorunması və təhlükəsizlıiyinin təmin edilməsi ilə bağlı da müvafiq tapşırıqlar verilib.
CAHANGİR
Əmlak məsələləri ilə bağlı xüsusi elektron xidmətlər yaradılıb
Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası istiqamətində zəruri işlər yerinə yetirilib.Fərmanın icrası ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəsmi internet saytında xüsusi elektron xidmət bölməsi yaradılıb, tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib və zəruri texniki təhlükəsizlik tədbirləri həyata keçirilib.
Fərmana əsasən müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilməsi tələb edilir ki, bu məqsədlə komitənin Elektron Hökumətin Dövlət İnformasiya Sisteminə qoşulması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edilib.
Bu məqsədlə tələb olunan avadanlıqların quraşdırılması və rabitə əlaqəsinin yaradılması təmin edilib. Hazırda EHDİS vasitəsilə elektron xidmətlərin təşkili məqsədilə müvafiq proqram təminatlarının hazırlanması istiqamətində işlər davam etdirilir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının idarə edilməsi, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrının aparılması istiqamətlərində 2012-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən iclasda məlumat verilib.
Həmçinin bildirilib ki, komitənin fəaliyyət istiqamətləri üzrə təsdiq edilmiş elektron xidmətlərdən daha aktual hesab olunan daşınmaz əmlakın qeydiyyatı prosesləri ilə bağlı xidmətlərin təşkili məqsədilə DƏDRX-in ərazi idarələri üzrə korporativ kompyuter şəbəkəsi yaradılıb, həmçinin əvvəllər ərazi idarələrində lokal şəkildə fəaliyyət göstərən Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin məlumat bazaları birləşdirilərək vahid məlumat bazası yaradılıb.
Bu işlərin həyata keçirilməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlar barədə arayışların verilməsi, daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətlərin və müvafiq sənədlərin qəbul edilməsi üzrə elektron xidmətlər yaradılıb və bu xidmətlər üzrə tələb olunan ödənişlərin elektron şəkildə həyata keçirilməsi işləri təmin edilib. Bunlarla yanaşı müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı üzrə elektron xidmətin yaradılması təmin edilib.
Qeyd edilənlərlə paralel olaraq Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yeni informasiya sistemlərinin yaradılması sahəsində fəaliyyət göstərilib.
Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirilib.
Həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrası ilə bağlı komitə tərəfindən göstərilən elektron xidmətlərdən hüquqi və fiziki şəxslərin istifadəsinin genişləndirilməsi məqsədi ilə ictimai maarifləndirmə və təbliğat isinin daha da gücləndirilməsi ilə bağlı göstərişlər verilib.
Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlərin fəaliyyət sahələrinin artırılması istiqamətində həyata keçirilən işlər daha da sürətləndirilməlidir. Bununla yanaşı komitənin informasiya texnologiyaları sistemlərinin imkanlarının artırılması, informasiyaların qorunması və təhlükəsizlıiyinin təmin edilməsi ilə bağlı da müvafiq tapşırıqlar verilib.
CAHANGİR
Baxış sayı: 1459
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır