Tarix:18/07/12
Hazırda respublika əhalisinin yaşadığı ərazilərin 85%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. İyul ayının sonuna kimi əlavə olaraq 6 ədəd rəqəmli TV vericinin quraşdırılması nəzərdə tutulur ki, bununla da rəqəmli yayımın əhatə faizi 87%-ə yüksələcək.
2012-ci ilin 6 ayı ərzində Dövlət Radio Tezliklər İdarəsi (DRİ) tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 302 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq texniki baxış aktları tərtib olunub. Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 723 ədəd REV aşkarlanıb.
Bundan başqa, efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 181 ədəd qayda pozuntusu aşkar olunub və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilib. 20 qeydiyyatda olmayan tezlik aşkarlanmış və bu məqsədlə təkrar radionəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.
Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Həmçinin radiomanitorinq işləri aparılıb. Manitorinq nəticəsində televiziya yayımı üzrə 52 məntəqədə 712 ölçü, radioyayımı üzrə isə 51 məntəqədə 545 ölçmə işləri həyat keçirilib.
Beləliklə, respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 24 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb.
İyul ayının sonuna qədər ölkədə rəqəmli yayımın əhatə faizi 87 faiz olacaq
İyul ayının sonuna qədər ölkədə rəqəmli yayımın əhatə faizi 87 faiz olacaq. Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin 6 ayı ərzində “Teleradio” İB tərəfindən 21 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib. Bundan 17 ədədi analoq radio-TV verici, 4 ədədi isə DVB-T TV rəqəmli vericilərdir.Hazırda respublika əhalisinin yaşadığı ərazilərin 85%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. İyul ayının sonuna kimi əlavə olaraq 6 ədəd rəqəmli TV vericinin quraşdırılması nəzərdə tutulur ki, bununla da rəqəmli yayımın əhatə faizi 87%-ə yüksələcək.
2012-ci ilin 6 ayı ərzində Dövlət Radio Tezliklər İdarəsi (DRİ) tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 302 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq texniki baxış aktları tərtib olunub. Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 723 ədəd REV aşkarlanıb.
Bundan başqa, efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 181 ədəd qayda pozuntusu aşkar olunub və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilib. 20 qeydiyyatda olmayan tezlik aşkarlanmış və bu məqsədlə təkrar radionəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.
Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Həmçinin radiomanitorinq işləri aparılıb. Manitorinq nəticəsində televiziya yayımı üzrə 52 məntəqədə 712 ölçü, radioyayımı üzrə isə 51 məntəqədə 545 ölçmə işləri həyat keçirilib.
Beləliklə, respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 24 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb.
Baxış sayı: 1636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı