12px13px15px17px
Tarix:18/07/12

2016-cı ilədək mobil internetdən dünyanın mobil rabitə abunəçilərinin 40 faizi istifadə edəcək

2016-cı ilədək dünyada mobil internet istifadəçilərinin sayı mobil rabitə abunəçilərinin ümumi sayının 40 faizini təşkil edəcək. Amerikanın “US Infonetics Research” analitik şirkəti belə proqnoz  səsləndirib. Məlumat üçün bildirək ki, 2011-ci ildə bu göstərici yalnız 15 faiz təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, 2016-cı ilədək mobil xidmətlərdən əldə olunan illik gəlir 976 milyard dollara qədər artacaq.

"Operatorlar 2012-ci ildə səs ötürülməsi, internetə genişzolaqlı çıxış xidməti və mesajların göndərilməsi xidmətlərindən əldə olunan gəlirlərin 6 faiz artmasına ümid edirlər" - tədqiqatda qeyd edilib.



 
EMİL




Baxış sayı: 1494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024