12px13px15px17px
Tarix:18/07/12

Vergilərin elektron ödənişi genişlənir

Azərbaycanda vergilərin elektron ödənişinə başlanandan, yəni cari ilin aprel ayının ortalarından iyul ayına qədər dövlət büdcəsinə 20,9 milyon manatdan yuxarı məbləğdə vəsait ödənilib. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, 2012-ci ilin birinci yarısında Azərbaycanın Vergilər Nazirliyi dövlət büdcəsinə daxilolmalar üzrə proqnozları 16 faiz artıqlaması ilə yerinə yetirərək 2,968 milyard manat səviyyəsində vergi yığımı üzrə daxilolmaları təmin edib. Hesabat dövründə ƏDV depozit hesabına 995,7 milyon manat vəsait daxil olub, bu hesabın daxilində vergi ödəyiciləri tərəfindən 467 mindən çox köçürmə əməliyyatı aparılıb.

Bu müddət ərzində depozit hesabında qalıqlar nəzərə alınmaqla vergi ödəyiciləri tərəfindən ƏDV depozit hesabı vasitəsilə büdcəyə ödənilən (DGK-nın göstəriciləri də daxil olmaqla) vergi məbləği 1,173 milyard manat təşkil edib. Yanvar-iyun aylarında vergi orqanları tərəfindən kameral yoxlamalarla 128,9 milyon manat əlavə vəsait hessablanıb ki, bu da ümumi hesablamanın (2,77 milyard manat) 4,7 faizini təşkil edir.

RƏVAN



Baxış sayı: 1173

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024