12px13px15px17px
Tarix:19/07/12

“Ebay” internet-şirkətinin satış həcmi artıb

2012-ci ilin ikinci rübündə “Ebay” internet-şirkətinin satış həcmi yüksək  olub. Çünki amerikalı istehlakçıların əksəriyyəti məhsulları onlayn alıb və əməliyyatları “Ebay”-a məxsus olan “PayPal” ödəmə sistemi vasitəsilə həyata  keçiriblər. Şirkətin mənfəəti hesabat rübündə 23 faiz artaraq 3,4 milyard dollar təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Ebay”-ın baş direktoru Con Donahyunun məlumatına əsasən, şirkət ənənəvi hərrac biznesinin sərhədlərindən çıxmaq üçün reklam və yeni texnologiyalara sərf edilən xərcləri artırıb. “Ebay”-ın marketinq xərcləri 1 il ərzində 25 faiz, yeni texnologiyalara yatırılan investisiyalar isə 36 faiz artıb.

İkinci rübdə, həmçinin “PayPal”-ın biznesi artıb. Bu bölmənin mənfəəti 1 il ərzində 26 faiz artaraq 1,36 milyard dollar təşkil edib  və əməliyyatların ümumi həcmi 20 faiz artaraq 34,5 milyard dollar təşkil edib. Xidmətdə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 113,2 milyon təşkil edib. Bu, 2011-ci ilin ikinci rübü ilə müqayisədə 13 faiz çoxdur.

EMİL




Baxış sayı: 1412

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024