12px13px15px17px
Tarix:19/07/12

“Apple” “Samsung”-u reklam etməli olacaq

Britaniyalı hakim Kolin Birs  “Apple” şirkətinin üzərinə “apple.co.uk” saytında və yerli mətbuatda “Galaxy Tab” planşetinin “iPad”-ın görünüşünü kopyalamadığı haqqında elan yerləşdirmək öhdəçiliyi qoyub.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, qərar London məhkəməsində çıxarılıb.

“Galaxy Tab” planşeti haqqında xəbər “Apple”-ın saytında 6 ay ərzində qalmalıdır. “Apple” şirkətinin elanı dərc edəcəyi qəzet və jurnalların adları hələ ki dəqiqləşdirilməyib.

“Apple” şirkəti Kolin Birs tərəfindən çıxarılmış qərardan etiraz etmək hüququna malikdir.






EMİL




Baxış sayı: 1440

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024