12px13px15px17px
Tarix:19/07/12

2012-ci ildə yarımkeçiricilərin satış həcmi 315 milyard dollar təşkil edəcək

“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ildə  yarımkeçirici məhsullarının  satış həcmi 4,6 faiz artaraq 315 milyard dollar təşkil edəcək. 2013-cü ildə onların satış həcmi daha 6,2 faiz artaraq 335 milyard dollara bərabər olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, makroiqtisadi qeyri-sabitliyə, Avrozonadakı böhrana baxmayaraq smartfon, planşet və avtomobil elektronikasına artan tələbat sahənin inkişafını sürətləndirəcək. 2012-ci ildə müəyyən ümidlər “Windows 8” əməliyyat sisteminin istifadəyə verilməsi ilə bağlıdır. Nəticədə yeni kompyuterlərin satışları başlanmalıdır", – “IDC Semiconductor”-un analitiki Mali Venkatisan bildirib.





 
EMİL




Baxış sayı: 1277

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024