12px13px15px17px
Tarix:20/07/12

İnformasiya-kommunikasiya strategiyalarına həsr olunmuş seminar keçirilib

Bakı Avrasiya Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyinin təşkilatçılığı ilə “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” layihəsi   çərçivəsində seminar keçirilib.

AİM-dən AzərTAc-a bildirmişlər ki, media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə müasir jurnalistika, informasiya-kommunikasiya strategiyaları və kütləvi informasiya vasitələrinin inkişafına dair beynəlxalq və milli hüquq normaları barədə müzakirələr aparılıb.

Həmçinin, internetin, elektron medianın ictimai fikrin formalaşmasında və dövlətin möhkəmlənməsində xüsusi rolundan danışılmış, bu sahədə hüquqi öhdəliklərin müqayisəli araşdırılması və öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Seminarda müasir jurnalistikamızda və milli media qanunvericiliyində nəzərdə tutulan şərəf və ləyaqətin müdafiəsi, şəxsi həyatın mühafizəsi ilə bağlı yeni transmilli anlayışlar barədə ətraflı məlumat verilib.

İnformasiya-kommunikasiya azadlığına dair xarici ölkələrin qanunvericiliklərinə və Avropa Məhkəməsi təcrübəsinə əsaslanaraq, elektron medianın hazırkı qloballaşma və Avropaya inteqrasiya proseslərində mühüm önəmi ilə bağlı faydalı fikir mübadiləsi aparılmış, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində həmçinin, “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” dərs vəsaitinin  çap olunması və yayımı nəzərdə tutulub.




Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024