Tarix:20/07/12
“Google” internet axtarış sistemi 2012-ci ilin ikinci rübü üzrə fəaliyyəti haqqında məlumat verib. Məlumatlara əsasən, hesabat dövründə şirkətin satış həcmi 35 faiz artıb. “Motorola Mobility” şirkətinin fəaliyyəti sayəsində “Google”-un satış həcmi ötən illə (9.03 milyard dollar) müqayisədə 12,2 milyard dollar təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, mobil saytlar, həmçinin “Youtube”-da göstərilən onlayn reklamın satış həcmləri ötən ilki nəticələrlə müqayisədə mühüm dərəcədə artıb.
“ComScore” analitik şirkətinin məlumatına əsasən, “Google” hazırda ABŞ-da internet-axtarış bazarının təxminən 75 faizinə və Avropada isə 80 faizinə sahibdir. “Google”-un reklam sistemləri tərəfindən xidmət göstərilən banner və elanlar üzrə keçidlərin sayı bir rüb ərzində 42 faiz artıb.
“Google”-un məlumatına əsasən, ikinci rübdə şirkətin mənfəəti 8,36 milyard dollar təşkil edib. Bu göstəriciyə tərəfdaş saytlara komisyon ödəmələri, həmçinin “Motorola Mobility”-nin nəticələri daxil deyil.
“Google”-un baş vitse-prezidenti Nikeş Arora bildirib ki, şirkət ikinci rübdə ABŞ, Kanada və Asiya bazarında mövqeyini gücləndirib.
EMİL
“Google” hesabat verib

Baxış sayı: 1566
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib