Tarix:14/07/11
ABŞ-da satış göstəricilərinin aşağı olması artım sürətinin azalmasında əsas rol oynayıb. “İDC”-nin məlumatına görə, Birləşmiş Ştatlara fərdi kompyuterlərin tədarükü 2010-cu ilin analoji dövrü ilə müqayisədə 4.2% azalıb və 17,8 milyon təşkil edib. Bununla belə, bu azalmanı Asiya-Sakit okean regionunda (Yaponiyadan başqa) satışların güclü artımı kompensasiya edib. Bu regionda fərdi kompyuter satışları 12% artıb.
Bu seqmentdə lider əvvəlki kimi “Hewlett-Packard” şirkətidir: 2-ci rübdə şirkət 15,2 milyon fərdi kompyuter tədarük edib, bu halda onun bazar payı 18% təşkil edir. “Dell” ikinci yerdədir, onun rüblük nəticələri 2,8% artıb və bazar payı 12,9%-ə çatıb. Üçüncü və dördüncü yerləri “Lenovo” və “Ace” şirkətləri tutur; bu şirkətlərin bazar payları 12,2 % və 10,9% təşkil edib.
Dünyada tədarük olunan fərdi kompyuterlərin sayı artıb
2011-ci ilin ikinci rübündə fərdi kompyuterlərin dünya tədarükü 1-cü rübün nəticələri ilə müqayisədə artıb, lakin bazarda vəziyyət mürəkkəb olaraq qalmağa davam edir. “iDC” analitikləri yeni hesabatlarında bildirir ki, 2-cü rübün nəticələrinə görə, fərdi kompyuterlərin dünya tədarükü 2.6% artaraq 84.4 milyon təşkil edib. Ekspertlər, demək olar ki, yanılmayıblar, onların proqnozuna əsasən, 2,9% artım gözlənilirdi.ABŞ-da satış göstəricilərinin aşağı olması artım sürətinin azalmasında əsas rol oynayıb. “İDC”-nin məlumatına görə, Birləşmiş Ştatlara fərdi kompyuterlərin tədarükü 2010-cu ilin analoji dövrü ilə müqayisədə 4.2% azalıb və 17,8 milyon təşkil edib. Bununla belə, bu azalmanı Asiya-Sakit okean regionunda (Yaponiyadan başqa) satışların güclü artımı kompensasiya edib. Bu regionda fərdi kompyuter satışları 12% artıb.
Bu seqmentdə lider əvvəlki kimi “Hewlett-Packard” şirkətidir: 2-ci rübdə şirkət 15,2 milyon fərdi kompyuter tədarük edib, bu halda onun bazar payı 18% təşkil edir. “Dell” ikinci yerdədir, onun rüblük nəticələri 2,8% artıb və bazar payı 12,9%-ə çatıb. Üçüncü və dördüncü yerləri “Lenovo” və “Ace” şirkətləri tutur; bu şirkətlərin bazar payları 12,2 % və 10,9% təşkil edib.
Baxış sayı: 1402
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır