12px13px15px17px
Tarix:20/07/12

“Nar Mobile” Milli Olimpiya Komandasının Rəsmi Kommunikasiya Tərəfdaşı oldu

Son illər ərzində idman sahəsinə dövlət tərəfindən göstərilən qayğı və diqqət nəticəsində, bu sahədə ciddi uğurlar əldə olunmuşdur. Azərbaycan müstəgillik əldə etdikdən sonra həyata keçirilən, düşünülmüş və uzun müddətli idmana dəstək strategiyası artıq oz bəhrəsini 90-cı ilərin sonunda göstərməyə başlamışdır.

Yeni əsrə Azərbaycan bir neçə idman növləri üzrə yerli, regional və dunya çempionatlarında uğur qazanaraq inamla addımlamışdır. Təsadüfi deyil ki, biz artıq daima olimpiya oyunlarında iştirak edir, müvəffəqiyətlər qazanırıq. Bu il də Azərbaycanın Olimpiya yığması Londonda keçiriləcək 2012 Yay Olimpiya Oyunlarına qatılacaqdır.
 
"Nar Mobile" hər zaman olduğu kimi, ölkə üçün önəm daşıyan məsələlərdən kənar qalmayaraq, ölkəmizi təmsil edəcək idmançılarımızın uğuruna öz tövhəsini verərək, Milli Olimpiya Yığmamızın Rəsmi Kommunikasiya Tərəfdaşına çevrilmişdir.  Tərəfdaşlıq razılaşması çərçivəsində Nar Mobile idmançıları və yığmamızı təmsil edən qrupu mobil rabitə xidmətləri ilə təmin etməyi öhdəsinə götürmüşdür.
 
Nar Mobile və Milli Olimpiya Komitəsi arasında olan Tərəfdaşlığı elan etmək və Milli Olimpiya Kitabını təqdim etmək məqsədi ilə 20 İyul tarixində tədbir təşkil olunmuşdur. Tədbir zamanı Nar Mobile-ın Baş Direktoru Yurgen Pitz idmançılarımızla görüşərək, onlara telefon və pulsuz danışıq nömrələrini təqdim etmişdir.
 
Təqdimat mərasimində Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin Baş Katibi Ağacan Abıyev, digər rəsmilər, media nümayəndələri və idmançlar iştirak etmişdilər

Nar Mobile Olimpiyaçılarımıza uğurlar arzu edir!




Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024