12px13px15px17px
Tarix:23/07/12

“EMEA” regionunda fərdi kompyuter tədarüklərinin həcmi artıb

“IDC” analitik şirkətinin məlumatına görə, “EMEA” (Avropa, Yaxın Şərq, Afrika) regionuna fərdi kompyuter (FK) tədarüklərinin həcmi 2012-ci ilin ikinci rübündə 9,1 faiz artaraq 21,1 milyon təşkil edib. Nəticə analitiklərin proqnozundan yüksək  olub.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, Qərbi Avropa regionuna FK tədarüklərinin həcmi 4,1 faiz təşkil edib. Yaxın Şərq və Afrika regionuna FK tədarüklərinin həcmi isə 4,8 faiz artıb. Digər tərəfdən, “CEE” (Mərkəzi və Şərqi Avropa) regionunda tədarük həcmi 25,1 faizə bərabər olub.
“CEMA” (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionuna FK tədarüklərinin həcmi 2012-ci ilin ikinci rübündə  15,2 faiz artaraq 12 milyon təşkil edib.

19,2 faiz bazar payına malik olan “Hewlett-Packard” şirkəti “EMEA” regionunda liderliyini qoruyub saxlayıb. İkinci yerdə 15,5 faiz bazar payına malik “Acer” şirkəti qərarlaşıb. Üçüncü yerdə isə   10,9 faiz göstərici ilə “Asustek” şirkətidir.

 
EMİL




Baxış sayı: 1312

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024