12px13px15px17px
Tarix:23/07/12

Mühəndislər məşhur İT şirkətini tərk edir

“Trinity” hibrid prosessorlarının işə salınmasında iştirak etmiş “AMD” şirkətinin mühəndisi Con Bruno “Apple” şirkətinə keçib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, o, “Apple” şirkətində sistem arxitektoru vəzifəsində çalışmağa başlayıb.

Məlumat üçün bildirək ki, “AMD” şirkəti 2006-cı ildə “ATI Technologies” şirkətini satın aldı. Con Bruno da “ATI Technologies”-in əməkdaşı idi. O, 1996-cı ildə “AMD” şirkətində inteqral sxemlərin layihəçisi kimi işə qəbul edilmişdi.

Bundan əvvəl “AMD” şirkətində əsas texniki direktor vəzifəsində çalışmış Raca Koduri və Bob Drebin  “Apple” şirkətinə qoşulmuşdu.


 
EMİL




Baxış sayı: 911

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024