12px13px15px17px
Tarix:23/07/12

“Google” heyrətlənib

16 qiqabayt daxili yaddaşa malik “Nexus 7” planşet kompyuterlərinə tələbat o qədər yüksək olub ki, “Google” şirkəti bu modellərin satışlarını dayandırmağa məcbur olub. “Play Store”-nin Amerika və Britaniya onlayn-mağazasında bu qurğulara sifariş verilməsi dayandırılıb və internet-nəhəng qurğunun satışlarının bərpa olunması haqqında yalnız poçtla xəbərdarlıq edəcəyinə söz verib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti 8 QB fləş-daşıyıcıya malik modelə yüksək tələbat olacağına ümid edirdi, lakin alıcılar 16 QB-lıq modelə üstünlük veriblər.“Google” şirkəti satılmış planşetlərin sayı haqqında məlumat vermir.





 
EMİL




Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024