12px13px15px17px
Tarix:24/07/12

“Google” şirkəti Ameliya Erxartın ad gününü qeyd edib

“Google” internet-şirkəti birinci qadın-pilotlardan olan Ameliya Erxartın anadan olmasının 115 illiyini qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, çərşənbə axşamı axtarış sisteminin əsas səhifəsində “Google”-un ənənəvi loqosu “Lockheed Vega” təyyarəsinin təsviri ilə əvəz edilib. Erxart məhz bu təyyarə ilə ilk dəfə təklikdə transatlantik uçuş həyata keçirib. Təyyarənin pilləsində qadın-pilot dayanıb, qanadlarında isə “Google” şirkətinin adını əks etdirən hərflər təsvir edilib.

Ameliya Erxart 1887-ci il iyulun 24-də ABŞ-da doğulub. O, hələ tələbə ikən uçuş aparatları ilə maraqlanırdı. Erxart 1921-ci ildə Beynəlxalq Aviasiya Federasiyasının lisenziyasını almış və lisenziyalı pilotlar arasında 16-cı qadın olub.

Erxart 1928-ci ildə sərnişin kimi transatlantik uçuş həyata keçirmiş birinci qadın olub. Lakin o, 1932-ci ilin mayında Atlantik okeanı üzərindən təklikdə uğurlu uçuş həyata keçirib. Bundan sonra Erxart dünyada ən məşhur qadın-pilot olub.

Ameliya Erxart 1937-ci ilin mayında “Lockheed Electra“ təyyarəsində dövr-aləm uçuşu həyata keçirmək cəhdinə təşəbbüs edib. Lakin iyunda onun ekipajı ilə əlaqə kəsilmiş və görünməmiş miqyasda axtarış əməliyyatlarına başlanılıb. Lakin Erxartı tapmaq mümkün olmamış və o, 1939-cu ildə ölmüş elan edilib.
Məlumat üçün bildirək ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL




Baxış sayı: 1444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024